"Ağıllı qız öpüşər, amma vurulmaz”

"Ağıllı qız öpüşər, amma vurulmaz”
15 aprel 2013
# 07:30

Kulis.az dünyanın ən seksual qadınlarından olan Merlin Monronun aforizmlərini təqdim edir:

Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur.

Haqqınızda heç nə bilmədən sizə necə heyran olurlarsa, eyni şəkildə sizdən nifrət edə bilərlər.

Hollivud elə bir yerdir ki, bir öpüş üçün sizə 1000 dollar, ruhunuzu almaq üçün 50 sent verərlər. Bunu çox yaxşı bilirəm, çünki ilk təklifdən imtina edib dəfələrlə 50 sentə razılaşmışam.

Ağıllı qız öpüşər, amma vurulmaz, qulaq asar, amma inanmaz və tərk edilməmişdən əvvəl tərk edər.

İnsanlar elə bilirlər ki, çox gözəl həyatım var. Amma mən dünyanın ən çox təhlükə altında olan adamı – Amerika prezidentini (Con Kennedi – red.) sevən qadınam. Nələr çəkdiyimi heç kim bilə bilməz.

İtlər heç vaxt məni dişləməyib, heyf ki eyni sözü insanlar üçün deyə bilmirəm.

Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə.

Məncə, hər şeyin səbəbi var. İnsanlar dəyişir ki, sən onları tərk etməyi öyrənəsən, hər şey pisləşir ki, sən işlər yolunda olanda onları qiymətləndirəsən, yalanlara inanırsan ki, özündən başqa heç kimə inanmamağı öyrənəsən.

Mən yaxşı insanam, mələk deyiləm. Günah iş görürəm, şeytan deyiləm. Mən sadəcə sevəcəyim insanı axtaran böyük dünyadakı balaca qızam.

Qadını güldürə bildirsən, ona hər şeyi etdirə bilərsən.

İkiüzlü olacaqsansa, heç olmasa üzlərindən birini qəşəng saxla.

Bütün balaca qızlara gözəl olduqlarını deyin, gözəl olmasalar belə.

Kim deyir, gecələr yatmaq üçündür?

Kişilərlə bərabərlik tələb edən qadınların ambisiya çatışmazlığı var.

Biz hamımız ulduzuq, parıldamağa layiqik.

Uğur çoxlarında sənə qarşı nifrət yaradır. İstəyərdim ki, belə olmasın. Ətrafında paxıl gözlərlə sənə baxanlar olmadan uğurun dadını çıxarmaq necə gözəl olardı.

Bilmirəm dikdaban ayaqqabıları kim kəşf edib, amma biz qadınlar ömrü boyu ona borclu olacağıq!

Seks təbiətin bir hissəsidir. Mən təbiətlə ayaqlaşıram.

Bütün qızlar istəyir ki, bir oğlan gəlsin və digərləri kimi olmadığına bizi inandırsın.

Hamımız seksual varlıq kimi doğulmuşuq, Allaha şükür, heyf ki çoxları bu təbii hədiyyəni korlamaqla məşğuldur.

Bədən baxılmaq üçündür, örtülmək üçün yox.

Yatanda nə geyinirəm? Əlbəttə, “Chanel No. 5”.

Evlənməmişdən qabaq qadın kişini əlində saxlamaq üçün sevişməlidir, evlənəndən sonra isə sevişmək üçün əlində saxlamağı bacarmalıdır.

# 6073 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #