Bir-birinə bağıran çılpaq rəssamlar

Bir-birinə bağıran çılpaq rəssamlar
11 noyabr 2015
# 12:58

Bir-birinə bağıran çılpaq rəssamlar

Marina Abramoviç ən məşhur performans rəssamlarından biridir. Rəssamın bütün performansları hər dəfə qalmaqala səbəb olur. Onu “Performansın nənəsi” də adlandırırlar.

Kulis Marina Abramoviçin on məşhur performansını təqdim edir.

Ritm 0

Marina Abramoviç ən məşhur performanslarından birində özünə ən massiv rol seçərək təşəbbüsü tamaşaçılara verib. Hər bir tamaşaçı stolun üstündə olan 72 əşyadan istədiyini seçərək bununla hərəkətsiz dayanmış rəssama xəsarət yetirə, alçalda, həzz verə bilərdi. Tamaşaçıların aqressivliyi getdikcə artıb və altı saatlıq performansın sonuna yaxın tamaşaçılardan biri onu silahla vurmaq istəyib.

Məkanda münasibətlər

Çılpaq Abramoviç və rəssam Ulay (onlar 12 il birlikdə yaşayıb və işləyiblər) bir-birlərini taqətdən düşənə qədər döyürlər.

Imponderabilia

Sərgiyə baxmaq istəyənlər girişdə dayanmış iki çılpaq arasından keçməlidirlər.

Özünə ölüm

Abramoviç və Ulay 20 dəqiqə ərzində ağız-ağıza dayanaraq biri-birinin nəfəsini udublar. Performans iştirakçılardan biri oksigen çatışmazlığından huşunu itirənə qədər davam edib.

Zaman-zaman münasibətlər

Abramoviç sevgilisi ilə saç-saça bağlanıb. 17 saat bu vəziyyətdə qalıblar.

AAA-AAA

Bu dəfə Abramoviç və Ulay nəfəsləri kəsilənəcən bir-birlərinə bağırırlar.

Rahatlıq enerjisi

Abramoviç əlində ox, Ulay isə gərilmiş kaman tutub. Bu vəziyyət dörd dəqiqə davam edir. Səsgücləndiricilər onun ürək döyüntülərinin səsini nəfəs alış-verişini məkana yayırlar. İstənilən ehtiyatsızlıq ölümlə nəticələnə bilər.

Balkan barokkoso

Abramoviç vətəni Yuqoslaviyada ölənlərin xatirəsini yad etmək məqsədi ilə sümüklərdən yaradılmış təpədə oturub onları yumaqla məşğuldur.

Skeletlə birgə çılpaq

Abramoviç təbii skeletə sarılaraq 700 saatdan çox uzanılı vəziyyətdə qalıb.

Rəssamın qarşısında

Rəssam 700 saatdan çox hərəkətsiz oturub. Tamaşaçılara isə təklif olunur ki, onun qarşısında əyləşib rəssamın gözlərinə baxsınlar.

# 1994 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər