Laçının işğalı haqda sənədli film

Laçının işğalı haqda sənədli film
18 may 2016
# 17:38

Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar olaraq mayın 18-də Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə “Əsirlik həyatı” adlı tədbir keçirilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Qarabağ müharibəsi veteranı Xəyyam Nəsirov çıxış edərək Laçının füsunkar təbiətindən, qədim tarixindən, mədəniyyət abidələrindən, strateji əhəmiyyətindən və işğalın ağır nəticələrindən danışıblar.

Çıxışlarda bu il aprel ayının əvvəlində cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi də qeyd olunub. Əminliklə bildirilib ki, strateji yüksəklikləri azad edən ordumuz düşmən üzərində tam qələbə qazanmağa qadirdir. İyirmi dörd il məcburi köçkün həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

Sonda Gültəkin Nərimanın rejissoru olduğu “Əsirlik həyatı” adlı sənədli film nümayiş olunub. Qeyd edək ki, film bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.

# 1387 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər