“Dəcəl Balam”ın təqdimatı oldu

“Dəcəl Balam”ın təqdimatı oldu
4 iyun 2014
# 15:09

“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin yeni layihəsi olan “Dəcəl Balam” ailə və uşaq jurnalının təqdimat mərasimi keçirilib.

“Dəcəl Balam” MMC nin direktoru Dilşad Musa tədbiri açıq elan edərək, mərkəz haqqında məlumat verib, jurnalın ərsəyə gəlməsi haqqında danışıb: “Dəcəl Balam” ailə və inkişaf mərkəzinin layihəsi olan bu jurnal barədə uzun müddətdir düşünürdüm. Valideyn olaraq görmək istədiklərimin hər birini jurnalda etməyə çalışdım. Əvvəlcə, bazarda rəqiblərimizin çoxluğu barədə fikirlər olsa da, biz fərqli olduğumuza inandıq və düşünürəm ki, Azərbaycan ailəsi üçün maarifləndirici və inkişafetdirici, bir o qədər də əyləncəli bir vəsait ərsəyə gətirdik.”

Baş redaktor Nigar Əhmədova jurnalın fərqliliyindən danışıb: “Dəcəl balam” ailə və uşaq jurnalının istər mövzuların fərqliliyi, istərdə də orijinallığı cəhətdən uşaq ədəbiyyatı və jurnalları içərisində özünəməxsus yer tutacağına əminəm, çünki biz dövrün tələbatına uyğun olaraq valideynin və uşaqların ehtiyacı olan bütün informasiyanı çatdırırıq. Belə ki, həm valideyn, həm də uşağın oxuya və yeni məlumatlar əldə edə biləcəyi bir jurnaldır.”

Jurnalın redaktoru Sevinc Xan Qızı jurnalda yer alan xüsusi rubrikalardan bəhs edib: “Biz düşündük ki, Azərbaycan ailəsinin ehtiyacı olan informasiyanı çatdıra bilək. Çünki artıq hamı müəyyən mövzuları asanlıqla internetdən oxuya bilir. İstər müəyyən yaş qrupu üçün nəzərdə tutulmuş müsabiqələr, istər “Hekayəni tamamla”, “Ayın 3 sualı” kimi rubrikalarımız uşaqların həm yazı qabiliyyətini, həm də məntiqini daha da inkişaf etdirəcək.”

Daha sonra tədbirdə iştirak edən qonaqlar suallarını, irad və təkliflərini bildiriblər.

Qeyd edək ki, tədbirdə Kanal 13 internet televiziyasının direktoru Anar Orucov, Qan Donorları Assossasiyasının sədri Fuad Əsgərov, Gənclərin Maarifləndirilməsi və İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyinin sədr və üzvləri, gənc iş adamları İsa Əliyev və Günel Əliyeva, “Xəzər” və “ATV” televiziyalarının, sportnet.az saytının əməkdaşları, aktiv gənclər, xüsusi qonaqlar, uşaq klubunun valideynləri və KİV nümayəndələri də iştirak edib.

# 2346 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər