Faiq Ağayevdən 30 illik konsert

Faiq Ağayevdən 30 illik konsert
29 dekabr 2017
# 09:52

Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq Artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xalq Artistinin həyat və fəaliyyətindən bəhs edən, yaxınlarının, sənət dostlarının onun haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib. Konsert proqramı Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Faiq Ağayevin repertuarından mahnıların səsləndirilməsi ilə davam edib. Daha sonra səhnəyə çıxan Faiq Ağayev ona verilən bu dəyərə görə tədbirin təşkilatçısı olan Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə və iştirakçılara təşəkkürünü bildirib, repertuarındakı mahnılardan bir neçəsini ifa edib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı payızı-88” respublika müsabiqəsinin qalibi olub. O, 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (indiki Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) solistidir. 1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu buraxılıb. Dövlət tərəfindən yaradıcılığı yüksək qiymətləndirilən Faiq Ağayevə 2000-ci ildə Əməkdar Artist, 2008-ci ildə isə Xalq Artisti fəxri adı verilib.

Pərəstişkarları arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayevin indiyədək 140-dan çox solo konserti olub.

# 1909 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər