Musiqili Teatrda “Qızıl toy”

Musiqili Teatrda “Qızıl toy”
16 may 2014
# 10:36

Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası hazırlanır. Libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan əsərə üçüncü quruluş veriləcək. Əsərə ilk səhnə həyatını, 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. İkinci quruluşun müəllifi isə 1996-ci ildə Yusif Əkbərov olub.

1980-ci ildəki quruluşda Nəsibə Zeynalova (Ballı), Xanlar Muradov (Rəhim), Səyavuş Aslan, Atabala Səfərov (Qədir), Sona Həsənova (Aygün), Bəhram Əliyev (Azər), Məsumə Rzayeva (Züzü), İra Əliyeva (Əcnəbi qız) oynayıblar.

1996-ci ildə Ema Məlikova, Səmayə Musayeva (Ballı), Möylə Mirzəliyev, Xanlar Muradov (Rəhim), Bəhram Əliyev, Nadir Xasıyev (Azər), Güldanə Əzimova Kəmalə İsayeva, Rəna Səmədova (Aygun), Ramiz Məmmədov (Qədir), İzabella Şvets (Əcnəbi qız), Nahidə Orucova (Züzü) iştirak edib.

Qeyd edək ki, 2014-cü ildə hazırlanan tamaşanın quruluşçu rejissoru yenə də Yusif Əkbərovdur. Müəllif tamaşa haqqında düşüncələrini bölüşdü: “Əsər də, tamaşa da müasir zaman üçün aktualdır. Əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da bunu insanlara aşılamağa çalışırıq. “Qızıl toy”un tamaşaçılar tərəfindən seviləcəyinə əminəm”.

Yusif Əkbərov həmçinin bildirdi ki, tamaşanın hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlarından istifadə olunacaq.

Tamaşanın quruluşşu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Əsas rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova, Ema Məlikova (Ballı), Çingiz Əhmədov, Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Yuliya Heydərova (Əcnəbi qız), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov (Turist oğlan), Svetlana Bulax (Turist qadın), Gülnarə Abdullayeva, Gülnarə Əzizova (Züzü) iştirak edirlər.

# 2684 dəfə oxunub

Oxşar xəbərlər

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

15:00 16 mart 2026
Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər