MKM-in uzun siyahısı açıqlandı

MKM-in uzun siyahısı açıqlandı
1 mart 2013
# 14:13

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli kitab Mükafatına (MKM) təqdim olunan əsərlərin uzun siyahısı (20-lik) açıqlanıb.

Kulis.Az uzun siyahıya düşən əsərləri təqdim edir.

1. Alik Məmmədov hekayələr

2. Aqşin Cəfərov (ilğım)“Cızmaağ"

3. Aslan Quliyev “Köpək balıqları”

4. Azad Qaradərəli “Kuman-Manıs çökəkliyi”

5. Əliabbas Bağırov “İkinci oğul”

6. Əziz Rzazadə “Şəbəkə”

7. Eyvaz Zeynalov “Qisas”

8. Qan Turalı “Mustafa”

9. Pərvin Nurəliyeva “Balerina”

10. Sahilə İbrahimova “Yuxarı və aşağı ətraflar”

11. Sayman Aruz “Yüz il inqilab”

12. Şəhriyar Del Gerani “İntihar hörükləri”

13. Vahid Qazi “Çamayra. Kuba gündəliyi”

14. Zakir Sadatlı “Əfqanistan uçurumu”

15. Zahid Sarıtorpaq "Əlifba bayramında qətl"

Rus dilində əsərlər (əlifba sırasıyla)

16. Гюльнара Караева «Две жизни»

17. Малик Дурсунов «Кара дайы»

18. Нателла Османлы «Фудзияма с клюшками»

19. Рауф Джанибеков «Танцы во сне»

20. Фамил Мамедов «Фамильная трагедия»

Azərbaycan dilində əsərləri ekspertlər - Tehran Əlişanoğlu, Mahir Qarayev, Yaşar, Zahir Əzəmət və Elnarə Tofiqqızı, rus dilində təqdim olunmuş əsərləri isə Bella Zakirova və Vyaçeslav Sapunov qiymətləndirib.

28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub ki, onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarın 86 yaşı var. Müsabiqədə daha çox 20-25 yaşlı yazarların əsərləri üstünlük təşkil edir.

Azərbaycandakı ədəbiyyat adamları ilə yanaşı Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya və Hollandiyada yaşayan həmvətənlərimiz də əsərlərini müsabiqəyə təqdim ediblər.

Martın 15-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.

İyunun 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyi MKM-in rəsmi internet səhifədə açıqlanacaq. 2011-ci ildə olduğu kimi 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibləri min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm də elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə, ən yaxşı gənc yazara və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.


Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

# 3334 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 16 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

10:00 15 dekabr 2025
Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

13:10 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər