Rəssamlarla görüş keçiriləcək

Rəssamlarla görüş keçiriləcək
26 iyun 2019
# 14:48

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında rəssamlar Lesli Conson (İsveç/ABŞ) və Cozefina Poş ilə (İsveç) görüş keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, görüş 28 iyun, 19:00 ARTIM Layihə Məkanında baş tutacaq.

Görüşdə Lesli Conson və Cozefina Poş öz təcrübələri, həmçinin onların ilk birgə layihəsi olan, 2018-ci ildə, 3-cü Tiflis Triennalesi çərçivəsində Tiflis və Qori şəhərlərində yaratdıqları və müxtəlif konkret məqamlara əsaslanan "Gücün metamorfozu" adlı əsəri haqqında müzakirə aparacaqlar. Rəssamlar, Qoridə yerləşən köhnə elektrik trolleybus transformator stansiyasından heykəl yaratmışdılar. Bu heykəl ictimaiyyətdə dəyişikliklərin və transformasiya proseslərini vurğulayır. Bina, qədim ipək yolunun günəş yoluna çevrilməsinin təzahürü olaraq külək və günəş enerjisini istifadə etməklə heykəli işıqlandıraraq kölgə və işıq tamaşasına çevrilir.

Tədbir IASPIS – İsveç İncəsənət Qrantlar Komitəsinin və Langmanska Mədəniyyət Fondunun Beynəlxalq İncəsənət və Tətbiqi Sənəti Proqramının dəstəyi ilə keçiriləcək.

Lesli Conson (İsveç/ABŞ ) müxtəlif mövzular və hadisələrə aid təcrübəsini mətn və vizual incəsənətdə fərqli materiallar, texnikalar və metodlar vasitəsilə bölüşür. Onun əsərləri sifariş olunmuş ictimai heykəllərdən tutmuş, açıqcalara qədər müxtəlif ifadə vasitələrini əhatə edir. Yumor onun yaradıcılığının əsas strategiyasıdır. 1989-cu ildən İsveçrədə yaşayaraq, o həmçinin Höteborqda yerləşən Galleri Box qalereyasında daşınmaz əmlak bazarına aid tematik sərgilərin kuratoru kimi çalışır. O, Bohuslan (KKV) Collective Workshop üzvü və Höteborq Universitetin professor və tədqiqatçısıdır.

Cozefina Poş heykəltəraşlığın geniş sahəsində çalışan rəssamdır. Onun konkret hadisələrə əsaslanan təcrübəsi və tədqiqatları ətraf mühit və dayanıqlı inkişaf mövzularına şamil olunur. Bu təcrübə maddi mövzuları araşdırmaqla, heykəltəraşlıq, yeni mediaya və ictimai iş ilə sərhəddə yerləşir. Cozefina Poş Valand Academy Universitetinin aktiv kuratoru, aktivisti və mühazirəçisi, Snowball Cultural Productions təsisçisi və həmçinin İsveç Heykəltəraşlar Assosiyasiyasının üzvüdür.

Giriş sərbəstdir

# 3261 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər