Kamança irs siyahısına salındı

Kamança irs siyahısına salındı
7 dekabr 2017
# 09:56

Dekabrın 4-9-də Cənubi Koreyanın Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 7-də açıqlanıb.

Bu nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin UNESCO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Kamança sənətinin Azərbaycan mədəniyyətində mərkəzi rollardan birini oynadığını bildirib. Bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanın əhatə etdiyini, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb və nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək deyib ki, UNESCO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. O, bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Kamança hazırlanması və ifaçılıq sənətindən başqa Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO -nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

# 1456 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər