İradə Tuncayı kim uduzdurdu?

İradə Tuncayı kim uduzdurdu?
28 dekabr 2012
# 08:30

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları yazıçı İradə Tuncay və yazıçı Mirmehdi Ağaoğludu. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan “bal”la ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır. Maksimum 51, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-si isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1 – “Niyə oxunmur” romanlar silsiləsinin müəllifi – “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzür”, “Gedənlərin qayıtmağı”, “Kef”, “Toğana” ? (5 bal)

A) Əzizə Cəfərzadə
B) Qılman İlkin
C) Əlisa Nicat
Ç) Sabir Əhmədli
E) İsi Məlikzadə

İradə Tuncay – Ç
Mirmehdi Ağaoğlu – Ç
Doğru cavab – Ç

2 – “heç kəsdən soruşma Bakı necədi?
küçələr hələ də külək əlində…
gecələr araqdan qızmış cavanlar,
dünyanı söyürlər ana dilində…”

Müasir Azərbaycan ədəbiyyatından xəbərdar olan birisinə bu ruh əl-əlbət tanış gəlməlidi? (7 bal)

A) Şaiq Vəli
B) Vaqif Bayatlı Odər
C) Salam Sarvan
Ç) Qulu Ağsəs
E) Vaqif Səmədoğlu

İradə Tuncay bu sualda dosta zəng üçün Yusif Rzayevi seçir. Yusif bəy: “bilmirəm” deyir. İradə xanım öz variantını irəli sürür. Qeyd edim ki, zəngdən öncə İradə Tuncay Vaqif Səmədoğlu variantını işarələmişdi. Yusif Rzayev – “ Vaqif deyil” deməklə dostuna nəinki kömək etdi, hətta onu doğru seçimdən də yayındırdı.

İradə Tuncay – C
Mirmehdi Ağaoğlu – E
Doğru cavab – E

3 – Məntiqi ardıcıllığı tamamla – kostyum, AzTv, Saray, facebookda dayanmadan statuslar, Murad Köhnəqalanın “möhtəşəm insanlar seriyası”ndan, meyxana, mey…(3 bal)

A) Mirşahin
B) Anar Yusifoğlu
C) Nəsimi Nəbizadə
Ç) İlkin Kərimov
E) İlham Mirzəyev

İradə Tuncay – C
Mirmehdi Ağaoğlu – C
Doğru cavab – C

4 – Müsahibəsində “Türklər tərəfindən 30 min kürd və 1 milyon erməni qətlə yetirilib” deyən, sonra “Türklüyü təhqir etmək” maddəsi ilə ittiham olunan, daha sonra istəyinə çatıb dediyi sözü təkzib edən yazıçı kimdi? (5 bal)

A) Ahmet Altan
B) Orxan Pamuk
C) Əlif Şəfəq
Ç) Özdemir Asaf
E) İsgəndər Pala

İradə Tuncay – B
Mirmehdi Ağaoğlu – B
Doğru cavab – B

5 – Hamımızın gündəlik məişətdə istifadə etdiyimiz qayçı aləti hansı dünya şöhrətli dahinin ixtirasıdı? (8 bal)

A) Leonardo da Vinçi
B) Gi de Mopassan
C) İsaak Nyuton
Ç) Mark Oyerbax
E) Lütfi Zadə

İradə Tuncay – A
Mirmehdi Ağaoğlu – A
Doğru cavab – A

6 – Bədənin hansı hissəsidir ki, onu anladan söz və ya ifadə dünyanın heç bir dilində yoxdu? (10 bal)

İradə Tuncay – “qadın döşlərinin alt hissəsi” cavabını səsləndirir. Sonra isə bir az düşünüb “bilmirəm” deyir.

Mirmehdi Ağaoğlu bu sualda dosta zəng üçün Qan Turalını seçir. Tural: “Dizin arxası olmalıdı məncə, hardasa oxumuşam” deyir. Mirmehdi bunu düzgün cavab olaraq qeyd edir – dizin arxası.

Doğru cavab – Dizin arxası

7 – Yazıçı, ssenarist, kinorejissor. Avtobioqrafik “Məşuq” povestinə görə Qonkur mükafatı qazandı. O, həm də “yeni fransız romanı”nın yaradıcısı hesab olunur. Dünyaca məşhur “Əmr olunur, məhv etməli”, “Aqata və fasiləsiz mütaliə”, “Hind mahnıları” filmləri onun rejissor kimi kinodakı ən uğurlu işləridi ? (13 bal)

İradə Tuncay – Marqaret Düras
Mirmehdi Ağaoğlu – Alen Rob-Qriye
Doğru cavab – Marqaret Düras

Toplam:

İradə Tuncay – 34 bal
Mirmehdi Ağaoğlu – 38 bal

Ümumi ballara əsasən “Yazıçı rinqi”nin qalibi Mirmehdi Ağaoğludu.

# 3603 dəfə oxunub

Oxşar xəbərlər

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər