Nobelli yazıçı vəfat etdi

Nobelli yazıçı vəfat etdi
15 iyul 2014
# 11:18

İngilisdilli Cənubi Afrika yazıçısı, Nobel Mükafatı laureatı Nadin Qordimer 91 yaşında vəfat edib. Kulis.Azın BBC-yə istinadən verdiyi məlumata görə Qordimer 30-dan çox kitabın, həmçinin, “Oğlumun hekayəsi”, “Burgerin qızı” kimi məşhur romanların müəllifidir. Ona dünya şöhrətini isə 1981-ci ildə yazdığı “Culay xalqı” romanı gətirib.

Qordimer “Mühafizəçi” romanına görə 1974- cü ildə Buker mükafatı alıb. 1991-ci ildə isə Nobel alan yazıçı haqda Nobel komitəsi deyib: “O, özünün əla eposu ilə insanlığa böyük töhfə verib”.

Qordimer tarixə eyni zamanda Afrika qitəsindən olan üçüncü Nobel mükafatçısı kimi daxil olub.

O, 1923-cü ildə Cənubi Afrikanın Yohannesburq şəhərində yəhudi mühacir ailəsində doğulub. Onun saatsaz atası Latviyadan, anası isə Londondan idi. O, ilk hekayəsini 9 yaşında yazıb. 15 yaşından isə çap olunmağa başlayıb.

Qordimerin gənclik illəri Cənubi Afrikada aparteid rejimi zamanına təsadüf edib. O, öz əsərlərində insanları rasizmlə mübarizəyə səsləyirdi. Yazıçı Afrika Milli Konqresinin fəal üzvü olub və Nelson Mandelanın azadlığı uğrunda mübarizə aparıb.

1964-cü ildə isə Qordimer Mandelanın “Mən ölümə hazıram” məşhur məhkəmə nitqinin hazırlanmasında iştirak edib.

Onun bəzi əsərləri- “Burgerin qızı” və “İtirilmiş burjua qrupu” Cənubi Afrikada qadağan olunub.

Qordimerin son əsəri, Afrikada aparteid rejim əleyhinə mübarizə aparan veteranlardan bəhs edən ” İndi əsl vaxtdır” romanı 2012-ci ildə yayımlanıb.

# 3166 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

11:53 27 mart 2026
Teleqram - Konstantin Paustovskinin hekayəsi

Teleqram - Konstantin Paustovskinin hekayəsi

10:00 27 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər