"Sıravi Dursun" Türkiyədə

"Sıravi Dursun" Türkiyədə
24 iyun 2013
# 14:36


İki ölkə arasında dostluq və qardaşlığı mədəniyyət sahəsində daha da möhkəmlətmək, türk xalqları “ortaq dil” in yaradılması ideyasının həyata keçirilməsinə dəstək olmaq məqsədi ilə Bakı Uşaq Teatrının kollektivinin bir qrupu Türkiyə Respublikasında səfərdədir. Kulis.az-ın verdiyi xəbərə görə, səfər Bakı Uşaq Teatrı ilə Türkiyənin EKsanat teatrının həyata keçirdiyi “Türk Xalqlarının Teatrı” layihəsi çərçivəsində baş tutub. İki ölkənin aktyorlarının iştirak etdiyi tamaşanın rejissoru İntiqam Soltandır.

“Sıravi Dursun” tamaşasında hadisələr səhra qospitalında baş verir. Hərbi xidmətdən yayınmaq istəyən əsgər min bir bəhanə ilə uzun müddət qospitalda qalır. Qopitalda da öz dələduzluğunda geri qalmayan əsgərin şıltaqlığına dözsələr də, sonda o, öz layiqli cəzasına çatır. Əsgər Dursun hərbi tribunala çağrılır. Premyerası Bakıda keçirilmiş tamaşa 21,22,23 iyunda Gerze şəhərində uğurla nümayiş olunmuşdur. 24 iyunda Merzifon şəhərində, 25 iyunda Samsun, 26 iyunda isə Girəsun şəhərində “Sıravi Dursun” tamaşasının nümayişi nəzərdə tutulur.
Bakı Uşaq Teatrının kollektivinin digər bir qrupunun isə 26-30 iyun Gürcüstan Respublikasının Batum şəhərində keçiriləcək “Folklar” festivalında iştirakı nəzərdə tutulur

# 2738 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər