Maestro Niyazi anılıb

Maestro Niyazi anılıb
3 avqust 2017
# 09:42

Dünən Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru beynəlxalq mükafatı laureatı maestro Niyazinin vəfatından 33 il ötür.

Avqustun 2-də bu münasibətlə sənətkarın mənzil-muzeyində tədbir keçirilib. Əvvəlcə maestronun yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Niyazinin musiqi tariximizdəki mövqeyindən, orijinal yaradıcılığından və fitri istedadından söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan dirijorluq məktəbinin formalaşmasında, milli simfonizmin təşəkkülü və inkişafında maestronun böyük əməyi olub. Niyazi Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliğində mühüm işlər görüb, habelə Qərb və rus bəstəkarlarının əsərlərinə eyni dərəcədə professionallıqla dirijorluq edib.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış edib.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Ülviyyə Hacıbəyova tərəfindən maestronun əsərləri səsləndirilib.

Sonda qonaqlar Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filminə baxıblar. /azertag.az/

# 2430 dəfə oxunub

Oxşar xəbərlər

Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

12:30 28 iyul 2026
Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

19:00 27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

18:30 27 iyul 2026
Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

18:00 27 iyul 2026
3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

13:30 27 iyul 2026
Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər