“Oskar”ı satırmışlar!

“Oskar”ı satırmışlar!
9 iyul 2014
# 15:19

Amerika Kino Akademiyası “Oskar”ı satdıqlarına görə, məhkəməyə müraciət edib. Kulis.azın wek.ru-ya istinadən verdiyi xəbərə görəi şə cavabdeh tərəf kimi 1985-ci ildə vəfat etmiş Cozef Raytın qohumları çıxış edib.

Ailə Cozefə “Mənim sevgilim Sel” filminə görə 1942-ci ildə verilən mükafatı Briarbrook Auction Services auksionunda satmağa görə ittiham olunur.

Məşhur Oskar heykəlciyinə görə qohumlara nə az, nə çox, düz 79 min 2 yüz dollar veriblər. Bundan başqa Amerika Kino Akademiyası auksion evini və heykəlciyi alanları da məhkəməyə verib.

“Oskar”ı təsis edən Elm və Kino Sənəti Akademiyasının 1951-ci ildə qəbul etdiyi qanuna əsasən qohumlar heykəlciyi ilk növbədə akademiyaya təklif etməli idi, əgər Akademiya onu geri almağa razı olsaydı qohumlara yalnız bir dollar ödəyəcəkdi.

Görünür qohumlar fürsətdən maksimum yararlanmaq istəyib. İndi onları məhkəmə gözləyir. Akademiya satıcılardan 79 min iki yüz dollar və mənəvi ziyana görə kompensasiya istəyir.

Xatırladaq ki “Oskar” kino sahəsində nüfuzlu mükafatlardan hesab olunur. İlk dəfə “Oskar” sözü 6-cı mükafatlandırma mərasimində işlənib. Bu günədək bu mükafatın niyə “Oskar” adlandırılması sirr olaraq qalır. Versiyalardan birinə görə, onu ilk dəfə aktrisa Bett Devis “Oskar” adlandırıb. Onun sözlərinə görə, bu heykəlciyi o zamankı əri Xarmon Oskar Nelsona oxşatdığı üçün belə adlandırıb.

Kitabxanaçı Marqeret Xerrik də iddia edir ki, heykəlciyə adı o, qoyub. Guya o heykəlciyi görən kimi onu dayısı Oskara oxşadıb və qışqırıb: “O... Oskar!”. Guya orada iştirak edən qəzetçilərdən biri Sidni Skolski onun bu sözünü heykəlciyin adı kimi təqdim edib. Hərçənd Skolskinin deməyinə görə bu adı o özü heykəlciyə verib.

# 5031 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər