Gənc yazar AYO üzvü oldu

Gənc yazar AYO üzvü oldu
22 iyun 2014
# 00:07

Gənc yazar Rüfət Əhmədzadə (Rüfət Səid) AYO-ya üzv oldu. Bununla bağlı gənc yazarın bəyanat yayıb:

"Azərbaycan ədəbiyyatına gəlişimin üzərindən artıq beş il keçib və bu müddət ərizində öz yazdıqlarımla ictimai fikrə təsir göstərməyə, ədəbiyyatımızın irəliyə doğru addımlamasına yardımçı olmağa çalışmışam. Bütün yazarlar kimi məni də, indi ədəbiyyatımızda sürməkdə olan bu durğunluq vəziyyəti narahat edir. Bunun üçün səylərimi daha da gücləndirməyə qərar vermişəm və davamlı olaraq ədəbiyyatımızda, cəmiyyətimizdə baş verən olaylara ictimai münasibətimi ifadə edən yazılar yazmaqdayam.

Mənim enerjim, planlarım, mövqeyim və hədəflərim var. Buna görə də bundan sonra fəaliyyətimi müstəqil yazarların toplaşdığı Azad Yazarlar Ocağında davam etdirməyə qərar verdim.

Bu qurumdan əsas gözləntilərim şəxsi fikirlərimin hörmətlə qarşılanması, ictimai mövqeyimin təşkilat üzvləri tərəfindən dəstəklənməsi və təşkilati məsələlərdə bərabərhüquqluluq prinsipinə əməl olunmasıdır.

AYO-nun güclənməsi və böyük bir təşkilata çevrilməsi üçün, ən əsas da plyuralizmin inkişafı üçün əlindən gələni edəcəyəm. Digər azad ruhlu qələm dostlarımı da bu istiqamətdə səylərimizi birləşdirməyə dəvət edirəm".

Xatırladaq ki, Rüfət Əhmədzadə (Rüfət Səid) "Sən busan" adlı hekayələr və mənsur şeirlər toplusunun, "Adım anonim qalsın" adlı esse və hekayələr kitabının müəllifidir. 2014-cü ildə Kulis.az saytının keçirdiyi "Ən qısa hekayə" müsabiqəsində Rüfət Əhmədzadə üçüncü yerə layiq görülüb, Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq-2014" müsabiqəsində isə şeir nominasiyası üzrə birinci yerə çıxıb. Hal-hazırda 28 yaşlı gənc yazar şeir və nəsr yazmaqla yanaşı, tərcüməçi və redaktor kimi də çalışır. Kult.az mədəniyyət və ədəbiyyat portalının redaktorudur.

# 2899 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər