Qadın siqaret kimidir...

Qadın siqaret kimidir...
14 sentyabr 2013
# 07:15

Kulis.az məşhur filosofların, yazıçıların qadınlar haqda söylədiklərini təqdim edir.

Heç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar bir milyonerlə evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdırlar. (Paveze)

Qadınlar özlərini gücsüz olanlara ideal, güclü olanlara əşya kimi təqdim edirlər. (Paveze)

Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacaq xeyli sənəd-sünəd var. (Kamyu)

Qadın hər şeyi görən gözü də aldada bilər. (Dostoyevski)

30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir? (Freyd)

Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə bürüşür. (Höte)

Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir (Koko Şanel)

Qadın yaxşı şey olsaydı, Tanrının da arvadı olardı. (Saşa Quitri)

Qadınların saxlaya biləcəkləri yeganə sirr, bilmədikləri sirdir. (Seneka)

Qadınlar uşaq istehsal edən maşından başqa bir şey deyil. (Napaloen Bonopart)

Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır. (Viktor Hüqo)

Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (A. Düma)

Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur. (Evripid)

Qadın ərə gedənə qədər, kişi isə evləndikdən sonra gələcəyindən narahat olur. (Bernard Şou)

Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb. (Oskar Uayld)

Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın isə onu ovsunlayar, başa düşən qadın isə ona sahib olar (Helen Rouland)

Qadın kölgə kimidir. Qovsanız qaçar, qaçsanız qovar. (Çamfort)

Pisi odur ki, qadınsız da yaşamaq olmur, qadınla da yaşamaq olmur (Lord Bayron)

Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (P.Sir)

Qadınların sərvəti ayaqlarının arasındadır. (Onore de Balzak)

Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək. (Sokrat)

Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof. (Sokrat)

Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir. (Tolstoy)

Qadın siqaret kimidir. Çəkirsən qurtarır, amma ağzında pis dadı qalır. (A.Breton)

Qadınlar bizi xoşbəxt etməyin bir yolunu, bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)

Qadınlar qəribə varlıqlardır. Ya ağıllarında bir şey yoxdur, ya da ağılları başqa yerdədir. (Aleksandr Duma)

Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)

Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır. (Oskar Uayld)

Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)

Qadınlar zəifdir, amma analar qüvvətlidir. (Viktor Hüqo)

# 6112 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər