Kitab sərgisi

"Fit" çalan rejissorlar

"Fit" çalan rejissorlar
17 yanvar 2017
# 17:23

Kulis.az Rebus teatrının rəhbəri, rejissor Ceyhun Dadaşovun yazısını təqdim edir.

Başlıq bəlkə də sizi bir az çaşdırdı, bəlkə də bir çoxları bu məqalənin teatra heç bir aidiyyatı olmadığını düşünərək oxumadan yan keçdi, bəziləri isə hansısa yeni bir qalmaqalın başlanğıcı olduğuna ümid edərək oxuyub sonra isə məyus olacaq. Buraya qədər oxuyanlar üçün deyim ki, bu yazıda teatrımızın bu gün üçün ən böyük bəlalarından biri haqqında danışmaq istəyirəm. Heç uzağa getmədən az da olsa öz təcrübəmə əsaslanaraq (15 illik professional teatra təcrübəsi) belə bir problemin olduğunu anladım.

Belə ki, 2004-cü ildə hələ də Pantomima teatrında çalışırdım. Teatrın baş rejissoru Bəxtiyar müəllim "Maska" tamaşasını qururdu. Mənə də üç dostdan birinin rolunu tapşırmışdı. Tamaşanın bir yerində mən fit çalaraq digər dostumu səhnəyə çağırmalı idim. Amma əfsuslar olsun ki, uşaqlıqdan barmaqların köməyi ilə fit çala bilməmişəm. Çıxış yolun isə belə tapdıq: tərəf müqabilim Pərviz Məmmədrzayev (sonralar isə, Bəhruz Vaqifoğlu) pərdənin arxasından mənim əvəzimə fit çalır, mən də yalandan barmaqlarını ağzıma yaxınlaşdıraraq imitasiya edirdim. Bu minvalla tamaşa aşağı-yuxarı düz 10 il ( Türkiyə, Rusiya, İsveçrə, Misir və s.) davam etdi. Bu qədər vaxt keçdikdən sonra özümə çox əsəbiləşdim və cəmi 1-2 gün ərzində gərəkdiyi kimi ucadan fit çalmağı öyrəndim.

Elə bütün məsələ də bundan sonra başladı. Elə ki, bu imkanı əldə etdim, başladım bütün tamaşalarda fit çalmağa. Lazım oldu-olmadı hər yerə fit soxuşdururdum. İstəyirdim ki, hamı görsün ki, mən necə fit çalıram. Bir də ki, mənim üçün yeni bir tapıntı olduğu üçün yeri gəldi-gəlmədi tamaşaçının gözünə soxurdum. Bir gün qəfildən ayaq saxladım. Özüm-özümə dedim: "Ceyhun, fit çala bilirsən, əla. Lazım olana tamaşalar da çal. Amma axı bu o demək deyil ki, sən lazım oldu-olmadı hər yerdə bunu eləməlisən. Saxla, lazım olan məqamda, istifadə elə." Məhz bu daxili monoloqdan sonra bir çox rejissorlar və aktyorlar üçün problemə çevrilmiş bir bəladan özümü xilas elədim.

İndi isə gələk əsas mətləbə. Məsələ ondadır ki, son zamanlar teatrlarımızda nümayiş olunan tamaşalarda bir çox rejissorların, Tovstanoqovun təbirincə desək "pseydonovatorluq"larının şahidi oluruq. Tamaşaya, obraza, stilistikaya aid oldu-olmadı tanıdıqları hansısa bir texniki və ya başqa vasitə varsa o dəqiqə dürtüşdürür tamaşaya. Tamaşanı yalnız effektlər və digər bu tamaşaya aidiyyatı olmayan tapıntılar üzərində qurur. Yəni məqsədi tamaşanın ideyasını açmaq yox, hansısa bir-biri ilə bağlılığı olmayan tapıntılarını nümayiş etdirməkdir. Bununla da bütün tamaşanı o kiçik effektlərə qurban verir və yadda qalan yalnız ayrı-ayrı rejissor fəndləri olur. Bu hal təbii ki, aktyor üçün də keçərlidir, amma mən bu gün rejissorlar haqqında danışmaq qərarına gəldim.

Bu tip rejissorlar yenicə fit çalmağı öyrəndikləri üçün hər tamaşada fit çalırlar. Bəlkə də bu bacarıq və tapıntı başqa tamaşa üçün uğurlu olardı, amma burda yersiz olaraq müstəqil bir effektdən və tapıntıdan başqa bir şey olmadı. Yəni, uzun sözün qısası, əziz rejissorlar, hər tamaşada "fit çalmaq" olmaz. Çünki həmin "fit"lər (tapıntılar) böyük "orkestrin" (tamaşanın) fonunda xaric səslənir.

# 1443 dəfə oxunub

Oxşar xəbərlər

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
“Dünyanın ən böyük eşq mütəxəssisi”  - Freydə niyə Nobel mükafatı verilmədi?

“Dünyanın ən böyük eşq mütəxəssisi” - Freydə niyə Nobel mükafatı verilmədi?

12:19 23 sentyabr 2025
Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı -  Corc Martin kimdir?

Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı - Corc Martin kimdir?

12:00 20 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
"Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır" - "Arşın mal alan"a kim  "erməni pyesi" demişdi?

"Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır" - "Arşın mal alan"a kim "erməni pyesi" demişdi?

09:30 19 sentyabr 2025
"Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca..." - Əlibala Əhmədovun şeirləri

"Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca..." - Əlibala Əhmədovun şeirləri

16:00 18 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər