Bakı metrosundakı 10 tip

Bakı metrosundakı 10 tip
28 aprel 2015
# 12:30

1. Oturmağa yer axtaranlar. Elə bil min ilin yorğunudurlar, vaqona girən kimi gözləri boş yer gəzər.

2. Qatara minən kimi qapı ağzı, künc axtaranlar. Bunlar sözün həqiqi mənasında öz yerlərini bilənlərdi. Qatarda ən rahat yer künclərdi - qapı ağzı.

3. Özünü yuxuluğa vuranlar. Belələri adətən kişi cinsinə mənsub olur, amma axır vaxtlar qadınlar arasında da bəziləri peyda olub, heç hamilə qadınlara da yer vermirlər. Bilmək olmur qadın qısqanclığıdır, nədir.

4. Qatara hər minənə durub yer verənlər. Sanki qatarda işə düzəliblər. Yerli-yersiz ayağa durub yer verirlər. Çox faydalı tiplərdir. Sevgilinlə qatara keçirsən, tez durub xanıma yer verir. Onun yanında oturan da cavan oğlandırsa məcbur qalıb o da ayağa durur və sən də rahat oturursan.

5. “Pulunu verdim düşərsən” “Benzini qurtardı” tipli şit zarafatlar edənlər. Belələri nə yazıq ki, ən çox tələbələr olur.

6. Eskalatorda dayanmayıb hərəkət edənlər. Guya yuxarıda raket uçurdurlar, çatmasa dünyanı xilas edə bilməyəcək.

7. Metro qatarlarının rezindən olduğunu düşünənlər. Belələri qadın-kişi, uşaq-böyük bilməzlər, özlərini dürtərlər qatara. Qəribə arqumentləri var: orta boşdu. Hə, onların bir arqumentləri də var. Nə vaxtsa Youtubeda bir videoya baxıblar. Yaponiya, ya hansısa Uzaq Şərq ölkəsində qatar basabasdı, camaatı polis vaqonlara dürtür. İndi əllərinə dəstəvuz düşüb, ağzını açmağa məəttəlsən, o dəqiqə dillənirlər ki, Yaponiyada da belədir.

8. Sevgilisinin ətrafında “Raketdən müdafiə kompleksi” düzəldən oğlanlar. Qabaqcadan xəbərdarlıq: bunların çoxu “nervinni” olur. Qatarın küncünə sıxdıqları sevgililərinin ətrafını qolları ilə elə çəpərləyirlər ki, quş uçsa qanad salar, qatır keçsə dırnaq.

9. Qulaqlıqlı və oyun oynayan gənclər. Bunlar texnologiyanın uğurudur. İşi-gücü ya pleylistdə mahnı dəyişməkdi, ya da “Subway” oynamaq.

10. Qatarda kitab oxuyanlar. Bunların sırasına təkcə klassik anlamda kitab oxuyanlar deyil, planşetdən, smartfonlardan oxuyanlar da daxildirlər. Belələri haqqında demək olar ki, guya oxumağa yer qəhətdi? Amma yox. Oxumaq bəlkə də dünyada yeganə fəaliyyət növüdür ki, konkret yeri və zamanı yoxdur. Harda, nə zaman istəsəniz oxuyun. Əgər oxumağa kitabınız yoxdursa, onda qatarın divarına yazılmış davranış qaydalarını oxuyun.

# 1784 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər