Markesin ən son fotosu

Markesin ən son fotosu
6 aprel 2013
# 23:39

Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markes 86 yaşını qeyd edib. O, ad gününü Meksikadakı evində ailəsi və dostları ilə birgə keçirib. Böyük yazıçı 86 yaşında çox xoşbəxt olduğunu deyib.

Ad günü ərəfəsində Qabo üzündə təbəssüm, əynində narıncı köynək və boz kostyum, boğazında qalstuk öz evinin qarşısına çıxıb. Ona sarı qızılgüllərdən bağlanmış buket təqdim edilib (bu onun sevdiyi rəngdir).

1982-ci ilin Nobel mükafatçısı evinin qarşısına toplaşan jurnalistləri salamlayıb.

Yazıçının köməkçisi Genovevo Quiros və jurnalistlər dərhal "Happy Birthday" (“Ad günün mübarək”) mahnısını oxumağa başlayıblar.

Bu jestə görə jurnalistlərə təşəkkür edən Markes dönərək evinə girib.

Yazıçı Meksikaya 1961-ci ildə gəlib. İlk olaraq orada iki həftə qalmağı planlaşdırıbmış. Amma Meksikaya elə heyran olur ki, orada yaşamağa qərar verir. Markes məşhur “Yüz il tənhalıqda” romanını da burada yazıb.

Son illər yazıçının səhhətinin pisləşdiyi deyilirdi.

Yazıçının qardaşı Jeym Qarsia Markes bir müddət əvvəl bildirmişdi ki, Qabo demensiya xəstəliyindən əziyyət çəkir. “Tez-tez mənə zəng edərək adi məsələlərlə bağlı suallar verir. Onun yaddaşla bağlı problemləri var. Bəzən mən ağlayıram, çünki hiss edirəm ki, onu itirirəm.” Qardaşı bildirir ki, Qabo yazmağı bütünlüklə dayandırıb: “O, fiziki olaraq yaxşı vəziyyətdədir, lakin demensiyadan uzun zamandır ki, əziyyət çəkir. Onun həmişə olduğu kimi, indi də yumor hissi, sevinc və entuazmı qalmaqdadır”.

Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.

Fox news-a istinadla oxuzali.az
7 mart 2013

# 4344 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər