Yalnız qadınlar üçün

Yalnız qadınlar üçün
20 may 2013
# 07:45

Qadınların kişilərdə nəyi bəyəndiyini az-çox bilirik. Bəs, yaxşı, kişilər zərif cinsin nümayəndələrində nələri bəyənmir?

5 min kişinin qatıldığı sorğunun nəticələri kimisi üçün xoş, kimi üçün də xoşagəlməyən ola bilər.

Beləliklə, qarşı cinsin qadınlarda sevmədiyi 15 keyfiyyət...

1. Baxımsızlıq

Kişilərin 40 faizi özünə fikir verməyən qadınları sevmədiklərini deyib.

2. Kişisayağılıq

Yenə kişilərin böyük bir qismi sevəcəkləri qadının kişi kimi davranmasından xoşlanmadıqlarını söyləyiblər. Məsələn, bəzi qadınlar kişilər kimi əl-qol hərəkətləri edir və söyüşlə danışır, onlar kimi yeriyir, bir sözlə, “kişilik” etmək istəyirlər.

3. Makiyaj

Qadınların ən sevdiyi şey–makiyaj, kişilər tərəfindən sevilmirmiş. Kişilərin çoxu bol və parıltılı makiyajlı qızlardan uzaq durmağa çalışır.

4. Zəif intellekt

Nə qadınlar axmaq kişi istəyir, nə də kişilər axmaq qadın. Kişilər ağıllı qadınları xoşlayır, amma özlərindən ağıllısını yox.

5. Şorgözlük

Kişilər bunu özlərinə aid bir xüsusiyyət hesab etdiklərindən, qadınlarda şorgözlüyə dözümsüzdürlər. Belə qadınlardan uzaq durmağa çalışırlar.

6. Sərxoşluq

Kişilər qadınların bəzi hallarda içib sərxoş olmasını sevdiklərini desələr də, çox içən qadınları sevmədiklərini bildiriblər. Xüsusən də sərxoş təqlidi edən qadınları.

7. Feministlər

Ölkəmizdə feminizmin tamamilə səhv qarşılığı - “kişi düşməçiliyi” deyə təqdim olunan bir ideologiyanın nümayəndəsini hansı kişi sevər?

8. Əsəb

Hər şeyə çox tez əsəbiləşən qadınlar da sevilməyənlər sırasındadırlar.

9. Geyim

Geyimə fikir verən təkcə qadınlar deyilmiş…

10. Uşaqlıq

Kişilər uşaq təqlidi edən qızlardan, qadınlardan nifrət edirlər. Xüsusən də, hansısa sözü uşaqlar kimi söyləmək, onlar kimi davranmaq kişilərə çox xoş gəlmir.

11. Mühafizəkarlıq

Xüsusən gənc oğlanlar mühafizəkar qadınları sevmədiklərini deyirlər.

12. Hökmlülük

Qadın avtoritarlığı kişilərin dözə bilmədiyi hallardandır. Şəxsi eqoları, yəqin, onlara bu xüsusiyyətin kişilərə aid və heç bir zaman əldən verilməməli olduğunu diktə edir.

13. Siqaret

Siqaret çəkən qadınlar hələ də cəmiyyətdə sevilməyənlər sırasındadır. Halbuki kişilərin siqaret çəkməsi qədər adi bir haldır.

14. Zəvzəklik

Bu mövzuda heç kimi qınamaq olmaz. Çünki çoxdanışan adam hər kəsin düşmənidir.

15. Uzun dırnaqlar

Kişilər bu uzun dırnaqların nəyə lazım olduğunu anlamır ki, anlamır. Hələ bir də çox parıltılı bir boya ilə boyanarsa…

# 7477 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər