Qarabağı almışıq, kino ilə işiniz olmasın – Sorğu

Qarabağı almışıq, kino ilə işiniz olmasın – Sorğu
2 avqust 2022
# 15:00

Bu gün Milli Kino günüdür. Kulis.az bu münasibətlə uzun illər kino sahəsində fəaliyyət göstərən aktyorlara, rejissorlara, prodüserlərə iki sual ünvanlayıb: “Kino mühitinin vəziyyəti sizi qane edirmi?”, “Yeni yaranan kino agentliyindən gözləntiləriniz nələrdir?”

Aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva

İki həftə məni evdə dustaq edəcəklər" - Gülşad Baxşıyeva Pravda.az

Mən belə fikirləşirəm ki, bizdə kino mühiti var. Yəqin, bu dövrün kinosu bu cür olmalıdır. Kino mühiti yoxdur demək düz deyil. Dövrə uyğun kino mühiti var. Var ki, festivallarda qalib gəlirlər.

Yeni yaranan kino agentlik haqqında xəbərim var. Əvvəllər belə mexanizm işləməyib. Gözləntim odur ki, yaxşı bədii filmlər olsun, bizi də dəvət eləsinlər. Bayağı şeylər yox, mükəmməl iş olsun.

Aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov

Elxan Qasımov: “Mənə ən çox dostlarımdan pislik gəlib”

Gözəl dövlətimiz var, Qarabağı almışıq. Kino ilə işiniz olmasın, qoyun yazıq özü üçün dolansın. Mən arzulayardım ki, bizim kino Hollivud kimi olsun. Onların da pulu, milyarderləri olsun.

Kino agentliyi? O nə addır? KQB-in agenti olur. Kino agentliyindən heç nə gözləmirəm. Mən gözləyirəm ki, hansısa rejissorumuz nə vaxtsa yaxşı bir film çəksin. Ümid edirəm. Ümid isə sonda ölür.

Aktrisa, Xalq artisti, Afaq Bəşirqızı

Səhnənin gülən üzü - Afaq Bəşirqızı

Əlbəttə ki, kino mühiti yoxdur. Vəssalam.

Mən o agentliyin konsepsiyasını bilirəm ki, gözləntim də olsun? Konsepsiyasını bilsəm, gözləntim olar. Bir şeyi vəd edirsən, ondan sonra gözlənti olur. Mən oranın adından başqa heç nəyi bilmirəm hələ ki.

Rejissor, Xalq artisti Oktay Mirqasımov

Oktay Mirqasımov: “Atamın ruhundan utanıram” – Müsahibə

Mənim fikrimcə, Azərbaycanın nüfuzunun, xüsusən, qələbə ilə bağlı olaraq planetdə təsdiqlənməsi hamımızdan onu tələb edir ki, kinematoqrafiya səviyyəsi tariximizə, dahilərimizin ruhuna görə ciddi yer tutmalıdır – sosial, mədəni və siyasi həyatda.

Agentliyin nə strukturunu, nə də siyasətini bilirik. Xəbərim də yoxdur ki, o necə təşkilatdır. 1959-cu ildən kinoda çalışıram, kinematoqrafam. Mənimlə məsləhətləşmək olardı, 9 il Azərbaycan kinematoqrafiyasına rəhbərlik etmişəm, təcrübəm var. Heç kim mənə bu barədə məlumat verməyib, ilk dəfədir ki siz müraciət edirsiniz, o da sualla.

Aktyor Azər Aydəmir

Təəssüf ki, kino mühiti yoxdur. Çünki kino indiki dövrdə prioritet deyil, gündəlik məsələ deyil. Diqqətə alınırlar, amma ilk beşliyə, onluğa aid məsələ deyil. Ümid edirəm ki, gələn il, kinonun 125 illiyində üçüncü dalğa, canlanma baş verəcək, onda kino agentliyi də hazır olacaq, başqa qurumlar da işə qoşulacaq.

Agentliyin nazirlikdən bilavasitə ayrılması o deməkdir ki, o agentlikdə işləyən insanların, sədrinin kino ilə məşğul olmaları gərəkdir. Əks halda fəaliyyətləri şübhə doğuracaq. Mənə elə gəlir ki, orda işləyən adamlar artıq teatr, muzeyçilik, musiqiçilik, muğam və digər məsələlərdən aralanıb kinonun problemlərinə, onun inkişafına diqqət ayıracaqlar. Məntiqi gediş düzdür, amma nəticə olaraq nə olacaq, onu bilmirəm. Ümidlərim isə böyükdür.

Aktrisa, Xalq artisti Xalidə Quliyeva

Təəssüflər olsun ki, kino mühitimiz arzuolunan deyil. Bugünkü kinoda peşəkarlıq azdır, yox dərəcəsindəndir. İkincisi, yaradıcılığında istedadlar azdır. Üçüncüsü, maliyyə problemi var, həmişə olduğu kimi. Bu işə konseptual yanaşmaq, onun konsepsiyasını, strategiyasını qurmaq, böyük kino təşkilatlarına üzv olmaq lazımdır. Maliyyə yatırmaq lazımdır ki, bizi tanısınlar, film üçün bizə müraciət etsinlər.

Agentliyə gəlincə... Xeyirli uğurlu olsun. O da Mədəniyyət Nazirliyinin tərkibindədir, ya ayrıdır, bilmirəm. Amma kinomuz üçün xeyirli olsun. İstedadlı gənclərimiz var, nəsə çəkirlər, əlləşirlər, vuruşurlar, amma maliyyə yox, dəstək yox. Zəif filmlərimizin olması problem deyil. Qabımızda olan budur. Bu Azərbaycanın və azərbaycanlının problemidir. Festivallara o qədər zəif filmlər göndərilir ki. Heç olmasa tanıyarlar, bilərlər ki, belə bir yer var, kinosu var. Bir də kadrlar çox vacibdir. Təəssüflər olsun ki, maddiləşmiş zamanda yaşayırıq, bir az bacarığı olan Yutub filmləri çəkir ki, dolanışığını təmin etsin.

Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi Fikrin Bəktaşi

Müəyyən insanlar var ki, kinonun bu vəziyyətdə olmasından razıdırlar və bu vəziyyət onların maraqlarına xidmət edir. Biz istəyirik ki, yeni təlimatlar və bəlli bir siyasət olsun. Agentliyin yaradılması və onun nə işlə məşğul olması mənim üçün böyük suallar yaradır. Dövlət sifariş sistemi hələ də təkmilləşdirilməyib. Kino layihələrindəki münsiflərin münsif olmasında belə hansısa meyar yoxdur. Onun hansısa dünyagörüşü varmı ki, hansısa ssenariyə rəy versin? Kino mühitini formalaşdıran fundamental suallardan biri də budur. Dövlət siyasəti SSRİ dövründə dövlət sifarişi əsasında qurulmuşdu – yüz faiz maliyyə. İndi həmin qanunlar var, amma kino idarəetməsini həyata keçirən insanlar yeni model ortaya çıxarmaq istəyirlər. Həmin model isə qanunvericilikdə yoxdur.

Prodüsser Rasim Həsənov

Kino mühiti yoxdur. Kino mühiti intensiv olmalıdır, müəyyən tələblərə cavab verməlidir.

Kino üçün sərbəst təşkilat formatı yarandı. Dünyanın bir çox yerində agentlik var. Agentlik yaratmaqla məsələlərin heç biri həll olunmur. Kinonun inkişafı üçün lazım olan addımları atmaq lazımdır. Azərbaycan kinematoqrafları ilə Avropanın, Amerikanın kinematoqrafları arasında əlaqə yaradılmalıdır. Bilmək lazımdır ki, dünya kinosu hara addımlayır, biz də ora addımlayaq. Bir çox işlər görmək lazımdır ki, o agentliyin nəticəsi olsun.

# 2808 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #