Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?
3 dekabr 2025
# 16:15

Bu gün fransız rəssam, impressionizmin yaradıcılarından biri Pyer-Ogüst Renuarın doğum günüdür.

Kulis.az sənətkarın həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Pyer-Ogüst Renuar Fransız impressionizminin önəmli nümayəndələrindən biri idi və rəssamlıq sahəsində həm texniki ustalığı, həm də insan təsvirlərinə gətirdiyi incəliklə tanınırdı.

1841-ci il fevralın 25-də Limoges şəhərində anadan olmuş Renuar dördüncü uşaq idi və ailəsi maddi baxımdan sıxıntı içində yaşayırdı.

Dörd yaşında ailəsi Parisə köçmək məcburiyyətində qaldı və gənc Renuar 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başladı.

İlk iş yeri çini qabların üzərinə şəkil çəkmək olan emalatxana idi. Burada rəssamlıqla tanış olan Renuar həm texniki bacarıqlarını inkişaf etdirdi, həm də günortadan sonra Luvr Muzeyinə gedərək usta rəssamların əsərlərini kətana köçürürdü.

Beləcə, onun rəssamlıq zövqü formalaşmağa başladı.

Renuarın yaradıcılığında insan təsvirləri - xüsusilə qadın və uşaq portretləri önəmli yer tutur.

Fransız impressionistlərinin əksəriyyəti mənzərə janrına üstünlük verirdisə, Renuar ailəvi səhnələrə, rəqs mövzularına və gündəlik həyat tablolarına maraq göstərirdi.

Uzun illər çalışıb pul yığdıqdan sonra 1862-ci ildə İncəsənət məktəbinə daxil oldu və burada rəssam Qleyrenin emalatxanasında işləməyə başladı.

Məktəbdə Mone, Sisli və Bazill kimi gənc rəssamlarla tanış oldu və illər sonra impressionizm cərəyanının əsasını qoyacaq birlik yaranmağa başladı.

Başlanğıcda Renuar tünd rənglərdən istifadə etsə də, tanışları daha açıq rəng palitrasını seçirdilər. Vaxtlarının çoxunu Luvr Muzeyində və Fontaneybl meşəsində keçirirdilər.

Meşədə rəsm çəkərkən Diaz la Pena adlı ispan rəssamı ilə tanış oldu. Diaz ona təbiətə sevgini göstərməyi və rənglərin parlaq istifadəsini öyrətdi.

Renuarın əsərlərindən biri 1863-cü ildə sərgidə nümayiş olunmuş, lakin sonradan qalereya tərəfindən rədd edilmişdi.

O dövrdə həm Renuar, həm də sevdiyi rəssam Kurbet sərgilərə buraxılmırdı. Münsiflər onun əsərlərini "həddindən artıq yenilikçi" hesab edirdi, lakin 1868-ci ildə "Lize" əsəri sərgidə nümayiş etdirilərək Parisdə böyük səs-küy yaratdı.

1870-ci ildə Almaniyanın Fransaya qarşı müharibəsi Renuarın həyatında dönüş nöqtəsi oldu. Cəbhəyə yollansa da, xəstəliyi səbəbilə ordudan tərxis edildi.

Sonradan yenidən rəsm işinə qayıdan sənətkar iki məşhur əsər yaratdı: dostunun sevgilisinin portreti və "Qadın tutuquşu ilə" rəsmi, burada yenə əsas obraz Lize idi.

1874-cü ildə Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgi açıldı və bu, onun tanınmasını təmin etdi.

Renuar sərgidə "Luca" adlı əsəri ilə iştirak etmişdi.

1870–1880-ci illərdə Renuar impressionizmin ən gözəl əsərlərini yaratdı. 1880-ci ildə sevdiyi model Alina Çarioqot ilə evləndi və 1881-ci ildə İtaliyaya səfər etdi.

İtaliyada Raffaellonun əsərlərini görmək onun sənətində yeni bir dövr açdı və rəssam öz bacarıqlarını daha dərindən dərk etməyə başladı.

1895-ci ildə artrit xəstəliyi onun barmaqlarını işə yaramaz hala gətirdi, lakin fırçanı əlindən buraxmayaraq sol əli ilə sağ əlinə dəstək verərək əsərlər yaratmağa davam etdi.

Hər gün molbert qarşısına keçərək rəsm çəkmək onun üçün əzablı, amma imtina edilməsai mümkünsüz bir fəaliyyət idi.

Həyatının son dövrlərində Renuarın yaradıcılığı zirvəyə çatmışdı.

1903-cü ildə Caqnes şəhərinə köçən rəssam 1915-ci ildə həyat yoldaşını itirdi. Dörd il sonra, 1919-cu ildə isə Renuar vəfat etdi.

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

15:32 3 dekabr 2025
İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

13:30 3 dekabr 2025
Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

12:30 2 dekabr 2025
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

14:35 1 dekabr 2025
Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?

Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?

15:00 30 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər