Ağzımdan vuracaq  ürək ağrısı... - Rəşad Nağı Mustafadan yeni şeir: "Doktor"

Ağzımdan vuracaq  ürək ağrısı... - Rəşad Nağı Mustafadan yeni şeir: "Doktor"
29 iyul 2020
# 15:01

Kulis.az gənc şairlər arasında xüsusi dəst-xəttilə seçilən Rəşad Nağı Mustafanın yeni şeirini təqdim edir. Qeyd edək ki, hazırda şairin növbəti şeirlər kitabı nəşrə hazırlanır.

Doktor

İndi ki kədərim barmaqsayıdı
Tələsmə, qoy hələ qırx yaşı keçim
Ağzımdan vuracaq ürək ağrısı
Sözüm kəsiləcək həyat deyəndə
O gün sevincim də təktük olacaq
Mən sənə şeirlər yazacam, doktor
Onda şeirlərim müdrik olacaq.

Tələsmə, qoy hələ qırx yaşı keçim
Yadımdan çıxacaq, verdiyin dərman
yeməkdən sonradı, yoxsa ki əvvəl
əriyib gedəcək dilimin altda
Mən indi peşənə vurulmuşamsa,
Özünü sevəcəm onda, üstəgəl
sənə söz verirəm qocalanda da
ürəyim özümdən böyük olacaq
Mən sənə şeirlər yazacam doktor
Onda şeirlərim müdrik olacaq

Tələsmə, qoy hələ qırx yaşı keçim
Qədrini biləcəm yaşamağın da
Belim bükülsə də, başım yuxarı
Sənin xalatını ağ bayraq edib
Dönüb hey baxacam gəncliyə sarı
Bir az da saçımda ağ tük olacaq
Mənə sənə şeirlər, yazacam doktor
Onda şeirlərim müdrik olacaq

Tələsmə qoy hələ qırx yaşı keçim
Tələsmə qoy hələ altmışa çatım
Atamdan iki yaş böyük olacam
Mən yenə atama möhtac olacam
Məndən yenə nəsə əskik olacaq
Atama şeirlər yazacam, doktor
Onda şeirlərim müdrik olacaq

Gallery

# 5439 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər