Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar

Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
24 may 2019
# 13:03

Bu gün mərhum sənətkar Fuad Poladovun doğum günüdür. Kulis.az aktyor haqda maraqlı faktları təqdim edir.

1. Fuad Poladov Bakının “Sovetski” məhəlləsində müəllim ailəsində doğulub. Amma uşaqlığının ən əziz xatirələri İsmayıllıda keçirdiyi tətillərlə bağlı olub.

2. İlk dəfə filmə 10-cu sinifdə oxuyanda çəkilib – “İstintaq davam edir” filmi. Həm də atasının qadağan etməsinə baxmayaraq.

3. Hardasa 35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

4. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

5. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrı tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişi isə gənc həmkarına qarşı işlədiyi teatrda yaşanan haqsızlıqlara etirazı olub.

6. Akademik teatrda son oynadığı tamaşa “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb.

7. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib.

8. Öz yas və dəfnini də heç kimin qarışmasını istəmədən, sadə, təmtəraqsız olmasını arzulayıb. Böyük sənətkar üçün adətən olduğu kimi hansısa böyük səhnəli zallarda vida mərasimi keçirilməyib. Arzusuna müvafiq olaraq onu atasının yanında dəfn ediblər və məzar daşı istədiyi kimi sadə bir başdaşı olub.

9. Fuad Poladov yaradıcılığı boyu – Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi onlarla rolu ilə ən sevilən aktyor olmağı bacarıb: onun getməsi ilə səhnədə heç kimin doldura bilmədiyi böyük boşluq yaranıb.

# 7575 dəfə oxunub

Oxşar xəbərlər

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

12:00 17 may 2026
İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

12:00 16 may 2026
Luvina - Xuan Rulfonun hekayəsi

Luvina - Xuan Rulfonun hekayəsi

10:00 16 may 2026
"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

15:00 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər