Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt

Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
21 iyun 2021
# 11:30

Kulis.az şair-tərcüməçi Zülfüqar Əhmədoğlunun Əliağa Vahidlə bağlı maraqlı bir xatirəsini təqdim edir.

Atam Rüfət Əhmədzadə Əliağa Vahidin pərəstişkarı idi. Tez-tez görüşərdilər. Görüşlərin böyük bir qismi Kirpi jurnalının Qoqol küçəsi, 6 ünvanında yerləşən redaksiyasında baş verirdi. Atam danışırdı ki, Vahid bir gün redaksiyaya gəlmişdi. Amma nəsə fikirli idi. Dodağında nəsə astadan qafiyə zümzümə elədiyi hiss olunurdu. Atam soruşub ki, mirzə, nə fikriləşirsən belə? Vahid də deyib ki, ay Rüfət, poçtalyona balaca bir şey yazmışam, bir qafiyəsini tuta bilmirəm. Ardınca bu misranı deyib:

Poçtalyona bir yaxşı, rahat yer gərək olsun,

Sürətlə gedən saz motoroller gərək olsun…

Dalı gəlmir…

Atam danışırdı ki, mən də elə bədahətən “Poçtalyon olan kəs özü şofer gərək olsun” dedim.

Vahid heyrətlənib, sevinib və deyib:

“Ay Rüfət, motorollerin qafiyəsi elə şofer olar”.

Şeirin bütöv variantı burdadır:

Poçtalyonun şikayəti

Ay Kirpi, mənim dərdimi yaz fürsət olanda,
Poçtalyonu da al nəzərə növbət olanda.

Məktubları, jurnal, qəzeti kənddə, şəhərdə
Mən paylayıram çox evə beşmərtəbələrdə.
Öz işlədiyim yerdə tutulmur bu nəzərdə,
Hər kəs sevinər zəhmətinə qiymət olanda.
Poçtalyonu da al nəzərə növbət olanda.

Keçmişdə də çox yük daşınıb at, qazalaqla,
Carçı dolanardı şəhəri axsaq ulaqla,
Onlar çox əziyyətdə olublar bu sayaqla,
İndi minirəm mən maşına qismət olanda.
Poçtalyonu da al nəzərə növbət olanda.

Poçtalyona bir yaxşı, rahat yer gərək olsun,
Sürətlə gedən saz motoroller gərək olsun,
Poçtalyon olan kəs özü şofer gərək olsun.
Nazirliyə bildir bunu sən söhbət olanda.
Poçtalyonu da al nəzərə növbət olanda.

1960

Rüfət Əhmədzadə — Vikipediya

# 2973 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər