Qarabağda qırılan tut ağaclarına elegiya

Qarabağda qırılan tut ağaclarına elegiya
16 aprel 2021
# 14:31

Kulis.az Süleyman Qaradağlının “Başı kəsik gözəl kötük” yazısını təqdim edir.

Kənddə doğulan hər kəsin yaddaşında ağaclarla bağlı unudulmaz xatirələri olur. Ağaclar kim üçünsə uşaqlığında “evcik-evcik” oynadığı, beşiyinin, yelləncəyinin asıldığı, kim üçünsə kölgəlik, dinclik yeri, kim üçünsə ilk sevgisinin şahidi, görüş yeri, kim üçünsə toy mağarının qurulduğu bir məkandır.

Körpə vaxtı dibində iməklədiyimiz, uşaq vaxtı qanadından yuyrüyümüz asılan, barlı meyvələrini yediyimiz, kölgəsində süfrə açdığımız, qonaq-qara qarşıladığımız tut ağacı... Barlı budaqlarının üstündə sərçələrin “nəğmə dərsi”ni kim xatırlamır? Tək-tək adam olar ki, onun yaddaşında tut ağacı ilə bağlı xoş xatirələr yaşamasın...

İndi ana təbiətin ən möcüzəli ağaclarından olan tut bağları ilə əlaqədar ancaq xatirələr qalıb.
Təkcə insanlara deyil, təbiətə də qənim kəsilən erməni vandalları Cəbrayılda 12 hektarlıq tut bağını, Qubadlıda 82 tut ağacını kəsiblər, bundan ürəkləri soyumayıb, sonra da əraziyə od vurub yandırıblar.

Buna necə qıymaq olar?

No description available.

Tut o nadir ağaclardandır ki, həm yarpağı, həm budağı, həm meyvəsi, həm də oduncağı çox qiymətlidir. İpəkqurdu yalnız və yalnız tut yarpağı ilə qidalanır. Qurumuş tut budaqlarından təndirə yaxşı alışıq olur, közü üstündə kabab bişirirlər. Tutun közü uzun müddət sönmür, hətta ondan kömür də hazırlayırlar. Tut kötüyündən hazırlanan toxmağın üstündə döyülən ətin dadını heç nə verməz. Tut budağından yaxşı cəvərən toxunur.

Dəyirmanın unluğu, təhnəsi, xəlbirin, ələyin sağanağı tut ağacından düzəldilir. Tutdan düzəldilən su qabı həmişə suyu sərin saxlayır. Çinar və palıd ağaclarının kölgəsindən sonra oturmalı, dincəlməli sərin yer tut kölgəsidir. Tut meyvəsi dərdlər dərmanı, yaralar məlhəmidir, ondan bəkməz, irçal və mürəbbə bişirirlər. Torpaqda ən gec çürüyən tutun oduncağıdır – ona görə də ondan qədim zamanlarda başdaşı kimi də istifadə ediblər. Ən nəhayət, tut yeganə ağacdır ki, ondan tar, saz və kaman hazırlanır.

Necə ola bilər ki, başdan-ayağa gözəllik olan bir ağaca əl qaldırasan?

Onu elektrik mişarı ilə dibindən kəsməyə kimin əli gələr?

Bunu yalnız o kəs edə bilər ki, onu əkib-becərməsin, zəhmətini əkməsin, qulluğunda durmasın, boyunu sevməsin, yaraşığına, gözəlliyinə baxıb tamaşa etməkdən doymasın.

Ana təbiətə, yaşıllığa düşmən kəsilən quldurlar təkcə tut ağaclarının axırına çıxmayıblar. Onlar Cəbrayılda 2320, Qubadlıda 6240 hektar meşə sahəsini kəsib-doğrayıb və od vurub yandırıblar.
Kəsib-doğrayanlar, od vurub yandıranlar, dağıdanlar heç vaxt yaddaşlarda, tarixdə qalmır.

Xalq şairi Ramiz Rövşən bu barədə çox gözəl yazıb:

Başı kəsik gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq...

# 2787 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər