Nizaminin sözlərinə bəstələnmiş musiqi albomu buraxıldı

Nizaminin sözlərinə bəstələnmiş musiqi albomu buraxıldı
17 iyun 2021
# 14:40

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını əsas götürərək, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə hazırlanmış “Eternıty” (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Fonddan Kulis.az-a bildirilib ki, layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir.

Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə, Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb.

Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair, həmçinin ifalar haqqında ingilis dilində məlumat yerləşdirilib.

Musiqi albomunda tanınmış vokal ifaçılarından- Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında bir-birindən dəyərli musiqi nümunələri lentə alınıb. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova və Bəbir Bəbirli müşayiət edib. XXI əsr Azərbaycan vokal məktəbinin nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilib və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunub.

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər