Gənc şair Aqşini tənqid etdi: Şeirində nəfəslik yoxdur 

Gənc şair Aqşini tənqid etdi: Şeirində nəfəslik yoxdur 
19 may 2021
# 10:21

Kulis.az tanınmış şair Aqşin Yeniseyin saytımızda yayımlananan yeni şeiri ilə bağlı gənc şair Rauf Ranın fikirlərini təqdim edir.

Aqşin Yeniseyin yeni şeirini oxuduqda şeir haqqında təəssüratlarım o oldu ki, şeir həddindən artıq sıxlaşdırılmış, kipləşdirilmiş tərzdə yazılıb. Yəni sözlərlə yox, fikirlərlə yazılan şeirdə fikirlər üçün bircə belə nəfəslik qoyulmayıb, poeziya hermetikliyindən fərqlənən "proza hermetikliyi" fikirlərin aydınlığına əziyyət verir - loru dildə desəm, yazıqlar boğulub ölürlər. Sonra şeirin adına diqqət etdikdə fikrimi tamam dəyişdim, daha doğrusu yanıldığımı anladım. Çünki "monoloq"un ifadəsi varsa, əlbəttə ki, bu başadüşüləndir və lazımdır. Forma həm mahiyyətə təsir edir, həm də öz formalizmini yerinə yetirir.

Formanın ikili oyunlarının həm elmi, həm də incəsənət baxımından ən yaxşı yolunu Maleviç düşünmüşdü. Maleviç "Qara kvadratı" ilə “təbiəti yamsılama” sənətindən, təqlidlərdən üz döndərəndə aydınlığı zülmətdən ayırmaqla yanaşı, yeni kosmosun generasiyası mərhələsini də başlatmışdı. Hər şeyin təməlində "qaranlıq" dayansa da, forma olan "kvadrat"sız qaranlığın da, qaranın da heç bir mahiyyəti qalmazdı. Çünki təbiətdən "qara" ilə yox, yalnız kvadratik forma ilə üz döndərmək olardı. Kəsəsi, forma bəzən təkcə görüntü yox, əsas özəyə, təmələ çevrilə bilir. Və bununla yanaşı öz funksiyasını da qətiyyən itirmir. Müasir incəsənətdə formanın ciddiyə alınmaması kimi mülahizələr də boş fikir qırıntılarıdır. Əlbəttə ki, söhbət dəymədüşər, basmaqəlib formalizmlərdən getmir.”

# 4432 dəfə oxunub

Oxşar xəbərlər

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

15:00 16 mart 2026
Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər