Çingiz Abdullayevlə ad günü söhbəti: "İlk təbrik edən həyat yoldaşım oldu" - Müsahibə

Çingiz Abdullayevlə ad günü söhbəti: "İlk təbrik edən həyat yoldaşım oldu" - Müsahibə
7 aprel 2020
# 14:37

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Kulis.az bu münasibətlə Xalq yazıçısı ilə qısa müsahibəni təqdim edir.

- Çingiz müəllim, doğum gününüzü təbrik edirik! Ad gününüzü qeyd edəcəksinizmi?

- Çox təşəkkür edirəm. Doğum günlərimi xüsusi qeyd etməyi sevsəm də, bu dəfə möcud vəziyyətlə bağlı geniş şəkildə keçirtməyəcəm. Ancaq ailə üzvlərimlə qeyd edəcəm yeni yaşımı.

- İlk təbriki kimdən aldınız?

- Təbii olaraq, ilk təbrik edən həyat yoldaşım olub. Səhər saat 08:00-dan telefonlarım susmur. Dostlar, tanışlar, həmkarlar, bizi sevənlərin hamısı təbrik edirlər. Yorğunluqdan səsim də tutulub. Nə qədər insanlardan təbrik eşitmişəm. Bunlar təbii ki, məni sevindirir.

- Karantin günləri yaradıcı insanlar üçün bir fürsətdir. Siz bu fürsətdən necə istifadə edirsiniz?

- Yazıçı belə günlərdə nə edə bilər? Oturub işləyirəm. Kitablar yazıram. Ssenari üzərində işləyirəm. Mən fikirləşirdim ki, yazıçı bu günlərdə bir qədər azad olar. Amma mən azad ola bilmədim. Gün ərzində nə qədər zəng gəlir. Onları cavablandırıram. Karantin günlərinin insanlar üçün çətinliyini başa düşürəm. Yaradıcı insanlara bu günləri atlatmaq daha rahatdı. Çünki rəssamlar, yazıçılar, heykəltəraşlar oturub nələrsə düşünürlər yaradırlar. Amma başqa insanlar üçün çətindir. Ona görə də mən bu günlərdə hər kəsi səbrli olmağa dəvət edirəm.

- Çingiz müəllim, dünyaca məşhur “Taxt oyunları” serialının ssenaristi yazıçı Corc. R.R. Martin koronovirus pandemiyası haqqında kitab yazmağa başlayıb. Siz necə bu barədə əsər yazmaq haqqında düşünürsünüzmü?

- Bilirsiniz, bu haqda tez-bazar kitab yazmaq olmaz. Axı bu jurnal, qəzet deyil ki, yaranan problemdən xəbər yazaq. Ciddi yazıçılar belə məqamlarda o saat qələmə sarılıb bu barədə roman yazmırlar. Bunun üçün müəyyən bir zaman keçməlidir. Əsər yazacağıqsa, uzun müddət bu barədə düşünməliyik. Bilirsiniz ki, Mədəniyyət Nazirliyi Yazıçılar Birliyi ilə birgə koronavirus mövzusunda hekayə müsabiqəsinə start verib. Əsasən insanların koronavirusdan sonrakı dövrü necə yaşayacaqlarından bəhs olunan hekayələr olacaq.

- Sizə can sağlığı, uğur arzulayırıq.

- Təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.

# 4527 dəfə oxunub

Oxşar xəbərlər

Kütlə həmişə kütdür - Aydın Talıbzadə

Kütlə həmişə kütdür - Aydın Talıbzadə

12:00 11 may 2025
Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

09:00 10 may 2025
Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

12:00 9 may 2025
"Qələmi süngüyə çevirməyin vaxtıdır!" - İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

"Qələmi süngüyə çevirməyin vaxtıdır!" - İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

09:00 9 may 2025
"Mollalıq edirdi, on bir qadını vardı..." - Səməd Vurğunu əks-inqilabçı adlandıran repressiya qurbanı

"Mollalıq edirdi, on bir qadını vardı..." - Səməd Vurğunu əks-inqilabçı adlandıran repressiya qurbanı

09:00 8 may 2025
Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel

Allahı yaradıcı kimi yox, qoçu kimi təqdim edirlər - Rahid Ulusel

09:00 7 may 2025
# # #