Arvadı onu fəxri ad almağa qoymadı - Qulu Əsgərov haqqında maraqlı faktlar

Arvadı onu fəxri ad almağa qoymadı - Qulu Əsgərov haqqında maraqlı faktlar
18 dekabr 2019
# 12:07

Bu gün unudulmaz müğənni Qulu Əsgərovun doğum günüdür. Kulis.az bu münasibətlə sənətkarla bağlı maraqlı faktları təqdim edir.

Qulu Əsgərov 1928-ci ildə Salyanda anadan olub.

***

Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair onu hansısa toyda dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir.

Qulu Əsgərov müğənni kimi şöhrət qazandığı illərdə, həm də İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alırdı.

***

Tarzən, bəstəkar, xanəndə olan Qulu Əsgərov muğamat haqqında kitab da yazıb.

***

Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. Yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasını istəməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış.

***

Birinci həyat yoldaşından ayrılandan sonra uzun müddət teatrda yaşayıb.

Yaqub Məmmədova fəxri ad verildikdən bir neçə gün sonra Yaqubla Qulu küçədə rastlaşır. Yaqub deyir ki, "Qulu, bağışla, sənin adını mənə verdilər". Qulu deyir ki, "hər kəsə öz haqqını verirlər, sən öz haqqını almısan".

***

Xəstə olduğunu biləndən sonra “Filarmoniya bağı”na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, “mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım”.

***

Image result for müğənni Qulu Əsgərov"

Ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onun son halı ilə xatırlasın.

***

Muğamatın vurğunu olan Qulu Əsgərov övladlarına da muğam adları verib: Rahab və Şahnaz.

***

Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.

# 24744 dəfə oxunub

Oxşar xəbərlər

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər