11 yaşlı qızcığazın edam etdirdiyi uşaqlığı

Maya İmran

Maya İmran

6 noyabr 2021
# 11:00

İçimdə vulkan püskürür, amma mən öfkəmi ifadə edəcək söz tapa bilmirəm!

Gözümün qabağına hamilə bir qadın gəlir - əzizlənən, gündə 50 dəfə “ürəyin nə istəyir?” sualına cavab axtaran, “uzan, dincəl, ayaqda çox qalma” sözləri ilə qayğısına qalınan, gözlərini yumanda doğuracaq körpəsini düşünüb, onunla rəngli xəyallarını quran, hamiləliyini həftəbəhəftə, günbəgün izləyən, həkimin nəzarətində, qohumların diqqətində və həyat yoldaşının sevgisi içində 9 ayı tamamlamaq üçün səbirsizlənən gənc, gözəl bir qadın. Lap bu 11 yaşlı uşağın gəlməyəcək gələcəyi kimi!

Bir də başımı çevirib baxanda görürəm 11 yaşlı bir qızcığaz yediyini səbəbsiz qaytarır, ürəyi bulanır tez-tez, daha əvvəlki çevikliyi yoxdu, tez halsızlaşır, anasını axtarır naxoşladığını söyləmək üçün, amma onu da evdə az-az görür... Tez-tez qarnını qucaqlayıb uzanır üzüaşağı! Bir uşaq dünyasında şimşək çaxır hər gün... Amma bu səsdən qorxan qızcığaz qaçıb gizlənməyə sığınacaq tapmır. Bəzən də elə bilir ki, div nağıldan çıxıb gəlir! Arabir bərk ayaq səsləri eşidir, dişləri böyük bir əcaib yaxınlaşır ona. İyrənc əlləri ilə ağzını tutur qızcığazın...

İtirdiyi topunu qarnında zənn edirdi zavallı... Uşaqlığını, məsumluğunu da itirmişdi topu ilə birlikdə... Sevgisizlikdən doğulan qızcığaz sevgi axtarışında idi 11 ildir... Yeddi aydır ki, onun göyqurşağı şimşəklə toqquşub. Yeddi aydır ki, qorxulu nağıl yaşayır...

Yeddi aydır, dünya qoynunda insanlığın üz qarasına da pay verir günəşindən, havasından... Atalığın ən murdar cildinə kimlərsə bilmədən “salam”ından pay verib... Kimlərsə təbəssümündən onun üçün də ayırıb... Yeddi aydır, uşağının uşaqlığını edam etmiş “ana” əlini-qolunu sallayaraq, azaddır bu dünyanın içində... Övlad üçün göz yaşı töküb həsrət çəkənlərlə eyni dünyada yaşanır bunlar... Bu əsrin daha hansı dəhşətini həzm etmək məcburiyyətində qalacağıq?! 11 yaşlı uşaq doğuş masasına uzanır... Qulağımız dilə gəlməlidir, ağladığını bildirmək üçün?!

Qızcığaz gözlərini açanda həkim gələcək yanına... Deyəcək:

- Topunu götürdük qarnından, amma sənə daha yenisini alarıq, o partladı..

Maya İmran

# 7774 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər