S. Yeseninin “Bakı dövrü”nə həsr olunmuş kitab çap olunub

S. Yeseninin “Bakı dövrü”nə həsr olunmuş kitab çap olunub
7 noyabr 2012
# 10:17
Xəzər Universitetinin nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İsaxan İsaxanlının “Ne za darom yemu miqnuli oçi – Yesenin v Baku” (“Ona əbəs yerə göz vurmurdular – Yesenin Bakıda”) kitabı rus dilində çapdan çıxıb.

Xəzər Universitetindən AzərTAc-a bildiriblər ki, nəfis şəkildə tərtib olunmuş kitabda tanınmış rus şairi Sergey Yeseninin həyat və yaradıcılığının “Bakı dövrü” ətraflı tədqiq edilib. Tədqiqatçı həmin dövrün indiyədək məlum olmayan bir çox fakt və hadisələrini ilk dəfə yazıb. Kitabda şairin “Bakı dövrü”nü əks etdirən maraqlı fotolar da yer alıb. Onların bəziləri ilk dəfə çap olunur.

Nəşrdə, həmçinin Azərbaycan yazıçılarının müxtəlif vaxtlarda S. Yeseninə həsr etdikləri şeirlər və şairin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərinin siyahısı verilib.
# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər