“Molla Qeybulla” Moskvada

“Molla Qeybulla” Moskvada
29 oktyabr 2012
# 13:38
Azərbaycan yazıçısı Atababa İsmayıloğlunun “Molla Qeybullanın sərgüzəştləri” silsiləsindən beş miniatürü Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın yenicə çapdan çıxmış 42-ci nömrəsində dərc edilib.

AzərTAc xəbər verir ki, qəzetin məşhur “12 stul” səhifəsində işıq üzü görən satira və yumoryönlü yazılara redaksiya tərəfindən yazılan “Ön söz”də deyilir: “Azərbaycan yazıçısı, xeyli kitabın müəllifi Atababa İsmayıloğlunun qəhrəmanı Molla Qeybulla onun təxəyyülünün məhsuludur. Bu personaj müxtəlif ölkələrin folklorundan bəlli olan hazırcavab və məzəli qəhrəmanların mənəvi qohumudur. Göründüyü kimi, lətifəyə bənzəyən bu qısa əhvalatlarda hadisələr aforizmlə sona çatır “.

Müəllifin Bakı Musiqi Akademiyasının dosenti Arzuxanım Əlizadənin tərcüməsində təqdim olunan “Şirin çay”, “Sıxıb qurudandan sonra”, “Mənim üçün bəzənsən”, “Hansı yönlü”, “Kürəyini borc versəydin” adlı məzəli miniatürlərində cəmiyyətdə baş verən ictimai-sosial hadisələr bədii vasitələrlə, obrazlı dillə verilir.

Bu miniatürlər müəllifin həmin qəzetdə ikinci çıxışıdır. “Literaturnaya qazeta”nın bu ilki 30-cu nömrəsində azərbaycanlı müəllifin “Sənətkar” yumoristik novellası “Şıltaq qələm” adı ilə dərc olunub.
# 1684 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər