Qadınlar hansı kişiləri sevir?

Qadınlar hansı kişiləri sevir?
24 oktyabr 2012
# 07:00
Fərqindəsinizmi ətrafımızda Şon Konnerini bəyəndiyini söyləyən qadınların sayı azalıb. Xavyer Bardem sindromu da keçib artıq.

Həm qadın, həm də gey jurnallarında bədənli, güclü əzələləri olan kişi fotolarına artıq çox az rast gəlinir. Onun yerini incə görünüşü olan kişilər tutur.


Əslində nə baş verir? Fransanın “GQ” kişi jurnalı “Qadınlar nə cür kişiləri sevir” mövzusunda material yayımlayıb.

Yeni kişi tipi necə olmalıdır? Qadınlar hansı kişilərdən xoşlanır? 15-50 yaşlı qadınlar arasında keçirilən sorğunun nəticələrinə əsasən yeni kişi tipini müəyyən edə bilərik.

Saqqal və bığ kliniki ölüm keçirib. Qadınların cəmi 2 faizi kişilərdə saqqal və bığı sevdiklərini deyirlər. Yaş 25-dən az olan qadınların isə ümumiyyətlə bığı və saqqalı sevmir. Yəni heç biri.

Qadınların 52 faizi hər gün təraş olan kişiləri sevir.

Qadınların 44 faizi isə 3 günlük saqqaldan xoşlanır. Yaşı 25-dən az olan qadınlarda isə bu göstərici 59 faizdir.

Ümumiyyətlə bəlli olur ki, qadınlar tüklü kişiləri sevmirlər. Onların 44 faizi tamamilə tüksüz kişilərə üstünlük verirlər. Yaşı 25-dən az olanlarda isə bu göstərici 63 faizdir.

Bədənin bəzi hissələrində tükün olmağına isə 49 faiz qadın etiraz etmir. Məsələn sinədə.

Sorğuda iştirak edən qadınların 5 faizi tüklü kişilərdən xoşlandıqlarını bildiriblər. Avropada epilyasiya etdirən kişilərin sayı artır. Baxmayaraq ki, kişilərin çoxu bunu gizlədir.

Qadınlara bununla bağlı da sual veriblər. Bəlli olur ki, epilyasiya etdirməkdən utanmaq lazım deyil. Çünki qadınların 41 faizi kişilərin epilyasiya etdirməyinə normal baxırlar. 25 yaşdan aşağı qrupda isə 51 faiz bunu yaxşı qarşılayıb.

Qadınların 81 faizi kişilərdə qısa saçı sevirlər. 78 faizi jelesiz saça üstünlük verirlər.

Qısa saç deyəndə söhbət keçəllikdən getmir. Amma keçəllər gərək depressiyaya düşməsin. Çünki uzun saçlı kişiləri qadınların cəmi 8 faizi sevir.

Boy məsələsinə gələk. Sorğuda iştirak edən qadınların 16 faizi 1.70, 29 faizi isə 1.75 m boyunda olan kişiləri sevir. Cəmi 32 faizinin ideal kişi boyu 1.80-1.85 m-dir.

Gələk, əzələ məsələsinə. Qadınların 83 faizi əzələli kişiləri sevir. Ancaq söhbət gündə 5 saat məşq edərək “bədən çıxardan” kişilərdən getmir. Qadınlar bədənin təbii vəziyyətini sevir. İdmanla “çıxarılmış bədən” sevən qadınlar cəmi 3 faizdir. 10 faizi isə əzələsi olmayan kişilərdən xoşlanır. Kişidə əzələ axtarmayanlar isə 3 faizdir.

Əsas məsələlərdən biri cinsiyyət orqanının ölçüsüdür. Sorğunu keçirənlər sualı belə qoyublar. Kişi bədənində sizin üçün ən mühüm yer haradır?

53 faiz “kişinin üzü”,- cavabını verib. Qadınların 36 faizi isə kişinin sinəsi ilə maraqlanır.

Sorğuda iştirak edənlərin 36 faizi kişilərin arxasına fikir verirlər.

20 faizi əllər deyir. 19 faizi isə qarın nahiyəsi. 13 faiz gözlər deyir. Çiyinlər deyənlər isə 11 faizdir.

Əsas məsələ: cinsiyyət orqanı – cəmi 3 faiz bu məsələnin mühüm olduğunu deyir.

(Material Ərtoğrul Özkökün yazısı əsasında hazırlanıb)

Rəna Nevzat
# 5912 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər