Vaqif İbrahimoğlunun xatirəsi yad olunub

 Vaqif İbrahimoğlunun xatirəsi yad olunub
23 oktyabr 2012
# 11:47
Teatr Xadimləri İttifaqında Azərbaycanın novator teatr və kino rejissoru, Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun xatirəsi yad olunub.

AzərTAc xəbər verir ki, ittifaqın sədri, Xalq Artisti Azərpaşa Nemətov sənətkarın anadan olmasının 63-cü ildönümü münasibətilə keçirilən tədbiri açaraq, mərhum rejissorun həyat və yaradıcılığının bəzi məqamlarından danışıb.

Vaqif İbrahimoğlu 1989-cu ildən həyatının sonunadək Yuğ teatrında 90-a yaxın tamaşaya quruluş verib. 1991-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. AzTXİ-nin təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti idi. 2006-cı ildən Prezident təqaüdçüsü olub.

Tanınmış teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə, Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov, Yuğ Teatrının direktoru Tərlan Rəsulov və başqaları V. İbrahimoğlunun quruluş verdiyi tamaşalardan danışıb, onunla bağlı xatirələrini söyləyiblər.

Sonda “Savalan” qrupunun ifasında “Sarı gəlin” xalq, Aşıq Veysəlin sözlərinə yazılmış “Gündüz…gecə” mahnıları səsləndirilib.
# 2667 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər