Gənclər üçün məşğulluq layihəsi

Gənclər üçün məşğulluq layihəsi
9 sentyabr 2012
# 08:05
«Azərbaycanın regionlarında gənclərin məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin avqust ayının ortalarından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi Quba, Lənkəran, Mingəçevir və Şəki regionlarında yeni və innovativ metodlara yiyələnmək yolu ilə gənclərin məşğulluq vəziyyətinin yaxşılardırılmasına nail olmaqdı. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində adları qeyd edilən regionlarda gənclərə iş sahəsində mövcud problemləri nəzərə alaraq təlimlərin, seminarların, “açıq qapılar”ın təşkili, işsiz gənclərin iş yeri ilə təmin edilməsi üçün informativ-maarifləndirmə fəaliyyəti, gənclərin bu sahədə hüquqi biliklərinin artırılması, onlar arasında bizneslərini qurmaq istəyənlərə məlumat-maarifləndirmə dəstəyi, iş adamları ilə əlaqələrin qurulması fəaliyyəti həyata keçiriləcəkdi.

Layihənin icrası zamanı hər regiondan seçilmiş xüsusi gənclər qrupu ilə “İş axtarışında vacib olan amillər”, “CV-nin hazırlanması qaydası”, “Özünü təqdimetmə bacarıqlarının aşılanması”, “Komandada iş”, “İşdə rəhbərliklə işgüzar münasibətlərin qurulması”, “Biznes planların hazırlanması”, “Maliyyə axtarışının reallaşması” mövzularında təlimlər keçiriləcək. Sonra təlim keçmiş gənclərin də iştirakı ilə biznes və dövlət qurumlarının nümayəndələrinin qatılacağı birgə görüş və seminarlar təşkil ediləcək. Burada regionda mövcud işsizlik problemi müzakirə ediləcək, onun həll edilməsi yollar təklif olunacaq, eləcə də, iş axtaran gənclər ilə iş adamları arasında real əlaqələr yaradılacaq.

“Açıq qapı”ların təşkili ilə layhə çərçivəsində öz bizneslərini qurmaq istəyən gənclər üçün hüquqi və iqtisadi məsləhətlər veriləcək, güzəştli kreditlərin və/və ya qrantların alınması üçün müraciətlər, biznes planların yazılması və b. nəzərdə tutulub. Fokus qrupa daxil olan gənclərin ünvanlı olaraq regionlardakı iri, orta və istisna hallarda kiçik biznes strukturuna tanışlıq səfəri təşkil ediləcək, oradakı fəaliyyət və iş şəraiti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Regionlarda təşkil edilən Əmək Yarmarkalarına getməklə fokus qrupa daxil olan gənclərin işsiz olanları üçün təklif olunan vakant iş yerləri dəyərləndiriləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2013-cü ilin may ayında başa çatacaq.
# 2034 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər