Yazıçılara verilən mənzillərlə bağlı yeni xəbər var
“36 yazıçı arasında bölüşdürüləcək 9 mənzil hələ satılmayıb. Həmin ərazidə tikinti işləri uzun müddət dayanmışdı. İndi tikinti gedir və biz ümid edirik ki, onları daha baha qiymətə satarıq”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.
O qeyd edib ki, həmin ərazidə 3 il idi iş getmirdi.
“İndi tikinti işləri davam edir və belə getsə, alıcı gələcək, o zaman həmin mənzilləri yaxşı qiymətə satmaq olacaq. Amma indiki vəziyyətdə çox aşağı qiymət verirlər, bununla da oradan pay alan yazıçılar razışlaşmır”. Ə.Əsgəroğlu bildirib ki, hazırkı şəraitdə həmin mənzillərin hər kvadrametrinə 700-800 manat pul verirlər.
“Bu qiymət 1000-1200 manat olsa, yaxşı olardı. Beləliklə, oradan pay alacaq yazıçılar da heç olmasa haradansa bir balaca torpaq sahəsi alıb, ev tikdirə bilərlər. Amma kim istəsə, yaxşı alıcı tapa bilsə, mənzili satıb, aralarında pulu bölüşdürə bilərlər”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mənzil növbəsində dayanan evsiz yazıçı və şairlərlə bağlı qərarı narazılıqlara səbəb olub. 9 mənzilin 36 yazıçı arasında bölüşdürüləcəyi məsələsi gündəmə gələndən dedi-qodular, söz-söhbətlər səngimir.
Mənzillər “Abidə” firmasının Bakının Zərgərpalan küçəsində tikdiyi binada yerləşir.

Oxşar xəbərlər

142 milyon dollarlıq tablo
17:00
10 sentyabr 2025

"Çəkiclə vuran hakim" böyük səs-küyə səbəb oldu
13:45
9 sentyabr 2025

Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi
15:00
7 sentyabr 2025

Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə
10:00
7 sentyabr 2025

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?
15:00
6 sentyabr 2025

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi
17:00
5 sentyabr 2025