“Özümü inqilabçı saymıram, amma nəsə etmək istəyirəm”

“Özümü inqilabçı saymıram, amma nəsə etmək istəyirəm”
6 avqust 2012
# 11:38
Pegah Ferydoni 1983-cü ildə İranda sənətkar ailəsində doğulub. Anası azərbaycanlı, atası gürcüdür. İki yaşından ailəsiylə Almaniyaya mühacirət edən Pegah Berlində böyüyüb. Potsdam Universitetində bir neçə semester fəlsəfəni öyrənib.

Pegah alman teleseriallarında, telefilmlərdə, bədii filmlərdə, teatr tamaşalarında oynayır.

Ona şöhrəti Almaniyanın ARD kanalında yayımlanan “Başlayanlar üçün türkcə” serialındakı rolu qazandırıb. Serial Almaniyada bir neçə mükafata layiq görülüb. Pegah “Sonuncu şahid“, “Kriminalist”, “Komissar Lukas”, “Sərçə“ və s. seriallarda çəkilib.
“Ayla”, “İki yekəqulaq quşbalası”, “Kişilərsiz qadınlar” bədii filmlərində də rol alan aktrisa hazıra ZDF Kultur kanalında hər həftə yayımlanan “Kulturmaqazin” proqramını aparır.

“FAZ” qəzetinə müsahibəsində o, bir mühacir üçün Almaniyada aktrisa olmağın çətinliklərindən danışıb. Onun müsahibəsindən maraqlı hissələri təqdim edirik.


***

“Mənə həmişə tipik alman yox, yabançı rollar verilir, hər şeydən əvvəl də türk obrazları. Baxmayaraq ki, mən İranda doğulmuşam.

Tipik alman rolları üçün də kastinqlərə dəvət alıram. Amma sonda yenə etnik kriteriyaları əsas götürürlər. Əvvəllər mənə deyirdilər ki, çox etnik siman var. İndi daha ehtiyatlı ifadələr seçirlər. Alman filmlərində niyə yabançı obraz kimi daha çox türklər çəkilir? Yalnız ona görə yox ki, Almaniyada türklər çox yaşayır. Həm də ona görə ki, türk miqranatlarına burda bir problem kimi baxırlar. Iranlılar isə onlar üçün daha çox rejimin qurbanları olan intelligentlərdir.

Dünyada əhalinin çox hissəsi mənim kimi ağ deyil. Və mənim başqa obrazları da oynamağa gücüm var. Fəqət, problem ondadır ki, yalnız eyni qayğıları olan türk obrazlarını oynamağa icazə verilir. Reallıq isə əsla belə deyil: türk qadınlarının heç də hamısı- söhbət mənim tanıdığım türk qadınlarından gedir- zorakılğıa məruz qalmırlar, məcburi evlilikləri yoxdur, oldürülmürlər”.

***

“Diskriminasiya orda başlayır ki, başqa mədəniyyətin daşıyıcıları və dərisinin rəngi fərqli olan insanlar həmişə problematik insan kimi təsvir edilir, ona indivd kimi önəm vermirlər. Mən həmişə bu suallarla qarşılaşıram: Alman olmaq nə deməkdir? Sən almansan ya yox? Gözlə görünən bu fərqliliklər hər ölkədə var. Amma Almaniyada qəti qərara almaq lazımdır ki, sən necə olmalısan, kimsən. Amerikada belə deyil- mən orda olanda eyni zamanda 100 faizli alman və yüz fazili iranlı kimi qəbul edilirdim”.

***

“Babam 60-cı illərdə şah rejiminə qarşı mübarizə aparan qruplardan birinin fəalı olub. Hadisələr elə inkişaf etdi ki, iki dəfə babamı ölüm cəzasına məhkum etdilər. Bir neçə il sonra o həbsdən azad edildi. Valideynlərim də inqilab zamanı tələbə hərəkatının fəal iştrakçıları olub. Incəsənət əslində başqa vasitələrlə siyasətin davamıdır. Mən orta təbəqədən, ali təhsiili ailədənəm. Nəslimizdə hakimiyyətə qarşı çıxan inqilabçı səntəkarlar, tarixçilər, siyasətçilər olub. Özümü inqilabçı saymıram, amma nəsə etmək istəyirəm”.

***

“Mənim formalaşmağımda alman klassikasının təsiri olub. Əvvəllər bir neçə semester fəlsəfəni oxudum. Xüsusən də Gadamer (Hans-Georg Gadamer-alman filosofu) məni maraqlandırırdı“.

***

„Səhnə duyğusallığı, açıqlığı sevir. Həyatda belə deyiləm. Reallıqda daha çox anti-aktrisayam. Sadəcə çox siyasi və sosial adamam. Dünyanın problemləri haqda çox düşünürəm və bu mənada bəzi həmkarlarımdan daha az eqoistəm“.

***

“Çox istəyirəm ki, Almaniyada dərisinin rəngindən və hansı millətə mənsub olmasından asılı olmayaraq insanlar yaxşı həyat sürsünlər. Diskrimaniyasiyaya məruz qalmadan və özlərinə haqq qazandırmaq məcburiyyəti olmadan”.

Almancadan Sevda Sultanova çevirdi
# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər