Koelyo Azərbaycana gəlir?

Koelyo Azərbaycana gəlir?
6 avqust 2012
# 09:54
Populyar Braziliya yazıçısı, əsərləri dünyada 140 milyon tirajla satılmış Paulo Koelyo bu həftə Azərbaycana gələcək.

65 yaşlı yazıçı Braziliyanın aparıcı qəzetlərindən olan "Folha de S.Paulo"ya (tiraj 300 min) telefonla verdiyi müsahibədə deyib ki, daha dünya ölkələrini gəzib kitablarını reklam etməyə, imza günləri keçirməyə ehtiyacı yoxdur, çünki bu işi sosial şəbəkələr vasitəsilə də görmək olar.

(Koelyonun Twitter-də 15 milyon, Facebook-da isə 9 milyon fanı var).

"Mən indi yalnız maraqlı yerlərə getməyi qəbul edə bilərəm. Gələn həftə Azərbaycana gedirəm" - deyə Koelyo bildirib.

(Müsahibə avqustun 4-də çap edilib).

Koelyo hazırda "Manuscrito Encontrado em Accra" adlanan 22-ci romanını buraxır ("Sextante" nəşriyyatı).

Yazıçı, demək olar ki, 24 saat online-dır.

O öz oxucuları ilə birbaşa ünsiyyət qurur. Hətta bəzi kitablarını qazanc güdmədən internetdə özü yayır.

"Twitter mənim üçün bir bardır. Mən orda əyləşib başqalarının danışdıqlarına qulaq asıram, özüm də nədənsə söhbət açıram, atmosferi hiss edirəm" - deyə yazıçı müsahibəsində bildirir.

Koelyo 20-ci əsrin ən böyük yazıçılarından sayılan, modernist James Joyce-un bostanına da daş atıb.

O deyib ki, tənqidçilərin nə deməsindən asılı olmayaraq özünü müasir yazıçı sayır və eksperimental üslubları qəbul etmir:

"Mən ona görə müasir yazıçıyam ki, mürəkkəb olanı asanlaşdırıram. Buna görə də bütün dünya ilə rahat ünsiyyət qururam".

Koelyo deyir ki, yazıçılar tanınmaq üçün əsərlərinin məzmununda yox, formasında yeniliklər edəndə rüsvay olurlar.

"Bu gün yazıçılar bir-birinə öz üstünlüyünü sübut etməyə istəyir" - deyən Koelyo vəziyyətin bu həddə çatmasında məşhur James Joyce-u günahkar sayır:

"Ədəbiyyata böyük ziyan vurmuş kitablardan biri də James Joyce-un "Uliss" romanıdır.

Bu əsər başdan-ayağa üslub eksperimentidir. İçində heç nə yoxdur.

Bu üslub libasını çıxarın və "Uliss"in bir twit-dən başqa heç nə olmadığını görəcəksiz".

Koelyo Azərbaycana hansı məqsədlə gəldiyini deməyib.

Onun Azərbaycanda indiyəcən bir neçə romanı çap edilib.

Bu səfərlə bağlı xəbəri dəqiqləşdirməyə və əlavə məlumat öyrənməyə çalışacağıq.

Oxuzalı.az
# 2423 dəfə oxunub

Oxşar xəbərlər

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər