XXI əsrin bəlası: köklük - ARAŞDIRMA

XXI əsrin bəlası: köklük - ARAŞDIRMA
16 avqust 2011
# 06:30
Köklük insan bədənində yağ hüceyrəsində yığılan təbii enerji ehtiyatlarının ciddi risk meydana gətirəcək səviyyədə artması və nəticədə ölüm nisbətlərinin qaçınılmaz olaraq yüksəlməsi ilə xarakterizə edilən bir xəstəlikdir. Yağ toxuması ehtiyatlarındakı bu artım adamın bioloji xüsusiyyətləri, psixoloji quruluşu və ekoloji faktorların hələ elmə məlum olmayan kompleks əlaqəsi nəticəsində ortaya çıxmaqdadır.

Bədən ağırlığındakı çoxluğun arterial ürək xəstəlikləri, diyabet, beyin damarlarının tıxanması nəticəsində yaranan iflic, apno kimi ciddi xəstəliklərlə əlaqəsi isbat edilib. Köklük ənənəvi üsullar ilə müalicə edilə bilən sadə bir problemi deyil, yüksək sağlamlıq riskləri daşıyan ciddi bir klinik xəstəlik və təhlükəli bir sağlamlıq problemidir.

Bədən kütlə indeksi (BKİ) insanlarda çox bədən yağlılığının çoxluğunun ölçülməsi üçün qəbul edilmiş ən məşhur parametrdir. BKİ müalicənin fəaliyyətinin və insanın üzləşdiyi riskin qiymətləndirilməsi üçün klinik işlərdə və epidemiyoloji araşdırmalarda xüsusilə asan tətbiq edilə bilməsi səbəbiylə istifadə edilməkdədir.

Bədən Kütlə İndeksi = insanın çəkisinin onun boyunun uzunluğunun qüvvətinə nisbətidir. Yəni kq/m2. Tutaq ki, 50 kiloqram çəkiyə, 1.5 metr boya malik olan insanın BKİ-sini müəyyən etmək üçün, onun çəkisinin boyunun kvadratına bölmək lazımdır. Verilmiş ölçülərlə bu şəxsin BKİ-si 22 olacaq.

Kişilərdə bel ətrafının 102 sm-dən çox olması, qadınlarda isə bu rəqəmin 88 sm-dan çox olması və ya omba ətrafı nisbətinin kişilərdə 0.90-dan, qadınlarda isə 0.85-dən çox olması yüksək ürək xəstəliyi riskinin təyin edicisidir.

Dünya Səhiyyə Təşkilatı tərəfindən təyin olunmuş təsnifata görə, insanın bədən kütlə indeksi yaş qruplarına görə aşağıdakı kimidir;

Yaş BKİ
19-24 19-24
25-34 20-25
35-44 21-26
45-54 22-27
55-65 23-28
65+ 24-29

Bu rəqəmlərdən aşağı göstərici arıqlığı, yuxarı isə köklüyü ifadə edir.

Köklük və ya piylilik - bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbələrdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatımamazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmamazlığından isə yaranma halları yoxdur. Ürək damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.

2000-ci ildə Dünya Səhiyyə Təşkilatı monqoloid iqrinə aid olan insanlar üçün köklük həddi üçün BÇİ-nin qiymətini artıq çəki üçün 25 dən 23 кq/m²-ə endiməyi, piylənmə üçün isə 30 dan 25 кq/m²-ə endirməyi təklif etmişdir. Buna səbəb bu irqə mənsub olan insanlar arasında aparılmış epidemoloji araşdırma idi. Bu araşıdrma göstərmişdir ki, monqoloidlər nisbətən aşağı dərəcədə piylənmədən əziyyət çəkilrər. Digər mütəxəsisslər isə bu həddləri neqroidlər üçün yuxarı qaldırılmasının tərəfdarı olmuşlar.

Bəzi mütəxəssilər köklük dərəcəsinin təyini zamanı bədəndə olan əzələnin miqdarının nəzərə alınmamasını tənqid edirlər. Bu səbəbdəb bədənində çoxlu əzələ olan yaşlı adam kök kimi qiymətləndirilə bilər. Onu da qeyd etmək lazışmdır ki, BKİ köklük üçün dünyada tanınmış yeganə beynəlxalq meyardır.

Köklüyün səbəbləri

Köklük aşağıdakı səbblərdən yarana bilər:

- Qəbul edilən qida ilə sərf olunan enerji arasında tarazlıq pozulduqda;

- endokrina pataloji əsasında, yəni mədəaltı vəzin, ciyərin, nazik bağırsaq və yoğun bağırsaqda funksional pozğunluq yarandıqda;
- genetik pozğunluq nəticəsində;

Təsir edən amillər:

- Az hərəkətli (oturaq) həyat tərzi;

- Susuzluq;

- Genetik amil, əsasən:

- Lipoqenez fermentinin aktivliyinin artması,

- Lioliz fermentinin aktivliyinin azalması,

- Asan həzmolunan karbohidratların qəbulu;

- Şirin içkilərin qəbulu;

- Şəkərli dietlərin edilməsi;

- Dieta ilə çəkinin daimi azalmasına cəhd;

- Endokrional, hipoqonadizm. hipotireoz, insulinoma kimi xəstəliklərin təsiri;

- Qidalanmanın psixoloji pozğunluq və yemək adətlərinin dəyişilməsi nəticəsində pozulması;

- Stresə meyillilik;

- Yuxusuzluq;

- Psixotropik dərmanların qəbulu.

Hollandiyada aparılan bir araşdırmaya görə köklər və siqaret çəkənlərin sağlamlıq xərcləri daha azdır. Çünki onlar tez ölürlər və bu səbəbdən də uzun ömürlülərə nisbətən səhhətlərinə daha az pul xərcləməli olurlar.

Köklüyü bəsit yöntəmlərlə aradan qaldırmaq mümkün deyil, amma buna cəhd etmək xəstəliyin özündən də ağır fəsadlar verə bilər. Köklük bir xəstəlikdir və hər xəstəlik kimi həkim müayinəsindən sonra professional şəkildə müalicə edilməlidir.

Əlbəttə, köklüklə mübarizənin ən yaxşı üsulu bu xəstəliyə mübtəla olmadan atılan addımlardır. Bunlar vaxtı-vaxtında idman, nizamlı və keyfiyyətli qidalanmaq, lazımı qədər su içmək və s. üsulardır.


Hazırladı: Vüqar QURDQANLI
# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

15:00 1 mart 2024
O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

16:00 27 fevral 2024
Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
# # #