"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir
1 iyul 2025
# 15:30

Kulis.az Cəlil Cavanşirin yeni yazısını təqdim edir.

Tez-tez qarşımıza çıxan populyar yalanlardan biri də beyin potensialımızın istifadəsi ilə bağlıdır.

Bir çox kitabda, filmdə, podkastda, "psixoloq"ların, kouçların, motivatorların çıxışlarında bu tip fikirlərə rast gəlirik: "İnsan beyninin 10% faizini istifadə edir"(Bəzən 20, bəzən 40% deyənlər də var)

Bu mif kökündən yalandır.

Böyük ehtimalla hansısa hərdəmxəyal bunu uydurub, sonra dildən-dilə düşərək şəhər əfsanəsi kimi yayılıb.

Kimsə kitabına, kimsə araşdırmasına əlavə edib.

Şübhəsiz ki, bu yalan insanları ümidləndirmək üçün, motivasiya vermək üçün sərfəlidir.

Məsələn, hansısa uğursuz adam beyninin sadəcə 10%-ini işlədərək uğursuz olmasını təsəlli kimi qəbul edə bilər. Ancaq bu tamamilə ağ yalandır.

Bu barədə irəli sürülən hipotezlər, guya hansısa laboratoriya sınaqları uydurmadır.

Sizin uğursuzluğunuzun səbəbi beyninizin 10%-nin işləməsi ola bilməz, çünki sizin beyniniz tam gücü ilə, bütün hüceyrələri ilə işləkdir.

Aparılan araşdırmalar beynin müxtəlif hissələrinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu müəyyən edib. Beyində, ümumiyyətlə, yararsız və fəaliyyətsiz hissə mövcud deyil.

Bədən enerjisinin 20%-dən çoxunu istifadə edən bir orqanın 10%-nin işlək olması fikri cəfəngiyyatdır.

İnsan beyninin 10%-nin işlək olduğuna inananlar düşünür ki, yerdə qalan 90%-i də işlətsələr atomu parçalaya bilərlər. Əslində, belə bir inanc yanlışdır.

Beynimizin 100%-i işləkdir. Sadəcə, bu potensialdan daha səmərəli, daha məqsədyönlü və daha planlı istifadə etmək lazımdır.

# 2381 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

14:30 8 sentyabr 2026
Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

14:26 8 sentyabr 2026
Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM

Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM

14:15 8 sentyabr 2026
“44” bədii filminin “Döyüşçü qardaşlar” adlı tizeri yayımlandı

“44” bədii filminin “Döyüşçü qardaşlar” adlı tizeri yayımlandı

14:05 8 sentyabr 2026
"Provans Homeri" adlandırılan Nobel mükafatçısı - Frederik Mistral kim idi?

"Provans Homeri" adlandırılan Nobel mükafatçısı - Frederik Mistral kim idi?

13:30 8 sentyabr 2026
Yunan libasındakı türk alpı... - Onlarla oxşarlıq təsadüfi ola bilərmi?

Yunan libasındakı türk alpı... - Onlarla oxşarlıq təsadüfi ola bilərmi?

12:40 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər