“Tərcüməçi xəyanətkardır” - Vilayət Hacıyev

“Tərcüməçi xəyanətkardır” - Vilayət Hacıyev
30 sentyabr 2021
# 14:50

“Tərcümə sənəti, tərcüməçilik peşəsi bəlkə də haqqında ən ziddiyyətli fikirlər söylənən sahədir. İtalyanların belə bir məsəli var. Tərcüməçi xəyanətkardır. Əsərin, müəllifin ideyasının çalarlarını istədiyi, fikirləşdiyi kimi verə bilmir. Yəni ona xəyanət edir.”

Bu sözləri 30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə Kulis.azın suallarına cavab verən tanınmış tərcüməçi Vilayət Hacıyev söyləyib. O, daha sonra əlavə edib:

“Səhv eləmirəmsə, fransız alimi Jül Renar tərcüməni heç bir dili bilməyən, ancaq cəsarətlə birini o biri ilə əvəz edən adamın əbədi cinayəti hesab edir. Əlbəttə belə sitatların sayını istənilən qədər artırmaq olar. Ancaq dillərin ədəbiyyatları, mədəniyyətləri zənginləşdirən ən yaxşı vasitə olduğunu düşünənlər də çoxdur. Mən özüm, necə deyərlər, ikincilərdənəm. Tərcümə müxtəlif dillərdə danışan adamların arasında ünsiyyət vasitəsidir. Bəşəri inkişaf yalnız və yalnız qarşılıqlı anlaşma vasitəsi ilə mümkündür. Əgər insanlar bir-birinin dilini başa düşmürsə, hansı anlaşmadan söhbət gedə bilər? İnanın, özüm bu işlə məşğul olduğum üçün demirəm, tərcüməçilik bu baxımdan ən vacib peşələrdən biridir. Daha doğrusu, insanların qarşılıqlı anlaşmasına, dünyagörüşünün artmasına, tolerantlığa xidmət edən dırnaqarası xəyanətdir, dırnaq arası cinayətdir.

Vilayət müəllim tərcüməçiliyin həm də kölgədə qalan, qədir-qiyməti bilinməyən bir peşə olduğunu bildirib:

“Böyük Markes də tərcüməçiliyi çox çətin, haqqı, qiyməti bilinməyən peşə adlandırırdı. Məncə, bu peşənin müəyyən qədər kölgədə qalmasının da öz qanunauyğunluğu var. Burda tərcümə əsərini kimin oxuduğundan, eləcə də tərcümənin keyfiyyətindən çox şey asılıdır. Məsələn, adi oxucu yaxşı əsəri səlis, rəvan tərcümədə oxuyanda, onun təsiri altında qalır, əsəri kimin tərcümə etdiyinin fərqinə varmır. Çünki onun üçün əsərin özü önəmlidir. Pis tərcümə olanda isə oxumur, bir tərəfə atır. Adətən peşəkarlar, ədəbiyyat adamları, söz sərrafları ya tərif etmək, ya da söymək üçün tərcüməçinin kimliyinə baxırlar. Bir dəfə Remarkın “Zəfər tağı” əsəri haqqında söhbət gedirdi. Ağızdolusu əsərdən danışan cavan bir oğlandan qəsdən əsəri kimin tərcümə etdiyini soruşdum. Duruxub, bilmirəm dedi. Mən bunu təbii hesab etdim. Ancaq hörmətli tənqidçimiz İradə Musayeva dəyirmi stolların birində ilk dəfə mənimlə tanış olanda nəinki əsəri oxuduğunu bildirdi, hətta iradlarını da qeyd etdiyi uzun bir siyahı çıxartdı. Əgər oxucu nisbətinə baxsaq, adi oxucunun peşəkardan qat-qat çox olduğunu görərik. Və bu halda tərcüməçilik sənətinin kölgədə qalma səbəbi aydınlaşır.”

Belə bir deyim var: dahi tərcüməçi olmaz! Vilayət müəllim bu fikirlə razıdırmı? V.Hcıyev:

“Doğrudur. Ola da bilməz. Çünki özününkü deyil. Özü nəyisə yaratmır. Yaradılanı təzədən yaradır. Onu da unutmaq olmaz ki, yaradılan öz formasında bircə dəfə yaranır. Onu təzədən eyni şəkildə yaratmaq mümkün deyil. Uzaq başı oxşadılır. Mən elə ona görə deyirəm ki, heç vaxt mükəmməl tərcümədən söhbət gedə bilməz.

V.Hacıyev söhbətinin sonunda ölkəmizdə tərcümənin vəziyyətindən danışıb:

“Çox ürəkaçan olmasa da, hər halda əvvəlki illərə baxanda tərcümələrin keyfiyyəti getdikcə yaxşılaşır. Bu işə maraq artır. Ən başlıcası, yeni-yeni gənc imzalara rast gəlirik. Tərcüməçi sənətinin kölgədə qalması, necə deyərlər, onun qul əməyi olması barədə danışılan bir vaxtda gənc imzalara rast gəlmək özü böyük işdir. Əlbəttə hər şey birdən-birə kamilləşmir. Bunun üçün vaxt və bir də dediyim kimi işin yaxşı təşkil olunması lazımdır.”

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər