Xalq artisti: "Bu gün Allaha daha çox yalvarmaq zamanıdır"

Xalq artisti: "Bu gün Allaha daha çox yalvarmaq zamanıdır"
7 aprel 2020
# 11:33

"Arzulayıram ki, tibb sahəsindən də bir insan çıxıb tezliklə bu virusun əlacını, vaksinini tapsın"

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Kulis.az -a açıqlamasında bildirib. Karantin günlərində təmizliyə ciddi riayət edən aktrisa insanlara evdə qalmağə tövsiyyə edərək bildirib:

"Bu pandemiya bəlası yüz ildən bir də olur, tez-tez də. İndi sosial şəbəkə sayəsində də görürük ki, koronavirus atrıq dünyanı cənginə alıb. Bu barədə nə deyilirsə, əməl edirik. Prezidentimizin çağrışına, Mehriban xanımın iki dəfə xalqa olan çağrışına əməl etmək lazımdır. Kim özünü, əzizlərini sevirsə, evdən çıxmamalıdır. Mən indi bir tərəfdən sevinirəm ki, avropa ölkələrinə, Amerikaya baxanda bizdə vəziyyət yaxşıdır. Həmişə elə bilirdim ki, ən güclü həkimlər onlarda olur. Bu günlərdə Türkiyəni örnək götürürəm. Təmizliyə riayət edirlər, hər dəqiqə xəbərlə insanları məlumatlandırırlar. Türkiyə ilə yanaşı əlbəttə ki, bizim ölkəmiz də belədir. Biz onsuz da təmizkar xalqıq. Heç bir xəstəlik olmazdan əvvəl də bayırdan gələndə əllərimizi yuyurduq. Amma indi bu təmizliyə tam riayət etməliyik".

Xalq artisti öz mətbəxtindən və məişətindən söz açaraq virus təhlükəsindən sonra daha diqqətli olduğunu və gigiyenik qaydalara ikiqat əməl etdiyini deyib:

"Misalçün mən həmişə meyvə, göyərti alanda onları on beş, iyirmi dəqiqə sirkəli suda saxlayıram. İndiki vəziyyətlə bağlı məişətdəki təmizliyi daha da artırmışıq. Başqa çarəmiz yoxdur. Tez-tez evi də özümüz təmizləyib, gül kimi edirik. Bu belə də olmalıdır, biz buna əməl etməliyik. O ki qaldı evdə oturmağa, bəli mən hazırda evdə otururam. Yeddi, səkkiz gündən bir təcili olanda aptekə gedirəm. Çünki, elə dərmanlarım var ki, onları ancaq özüm baxıb götürməliyəm. Bundan başqa heç vaxt evdən çıxmıram. Allahdan bircə istəyim var ki, bu xəstəlik bizim ölkəmizdən, yer kürəsindən yox olsun. Bunun üçün də də bir olmalıyıq. İnsanlar bir-birinin qədrini bilməlidir. Deyilənlərə hamımız əməl etməliyik. Mən allaha dua edən insanam. Əvvəllər iki saat dua edirdimsə, indi üç saat edirəm. Bu gün Allah talaya daha çox yalvarmaq, dua etmək zamanıdır. Allah hamımızı tezliklə bu pandemiyadan xilas etsin. İnşallah. Yenidən işimizə qayıdaq. Düzdür, dünya sıfırlansa da, yenə də ən önəmli şey can sağlığıdır. Çünki adi bir telefonu insan əlinə götürə bilməsə, o telefon heç nədir, bir dəmir parçasıdır. Çünki hər şeyə insan əməyi ilə zəhməti ilə nail olurlar. Hər şeyi insan yaradır. Ona görə də mən arzulayıram ki, tibb sahəsindən də bir insan çıxıb tezliklə bu virusun əlacını, vaksinini tapsın".

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #