Bu gün Türkiyənin Cümhuriyyət bayramı günüdür. Kulis.az bu münasibətlə Mehmet Akif Ersoyun "İstiqlal marşı"nı təqdim edir.
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq!
Çatma, qurbanın olum, çöhrəni, ey nazlı hilal,
Qəhrəman xalqıma bir gül nə bu şiddət, bu cəlal?!
Sənə olmaz tökülən qanlarımız sonra halal,
Haqqıdır Haqqa tapan millətimin istiqlal!
Mən, əzəldən bəridir, hürr yaşadım, hürr yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram ,
Yırtaram dağları, ənginlərə sığmam, daşaram!
Qərbin afaqını sarmışsa çəlik zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhədim var.
Ulusan, qorxma! Necə böylə bir imanı boğar
“Mədəniyyət” dediyin tək dişi qalmış canavar?!
Arxadaş, yurduma alçaqları uğratma, saqın,
Sipər et gövdəni, dursun bu həyasızca axın!
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın!
Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!
Düşün altındakı minlərlə kəfənsiz yatanı!
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,
Vermə, dünyaları alsan da bu cənnət vatanı!
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da Xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.
Ruhumun, səndən, İlahi, budur ancaq əməli,
Dəyməsin məbədimin köksünə naməhrəm əli!
Bu əzanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli!
O zaman vəcd ilə min səcdə edər, varsa, daşım,
Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım,
Fışqırar ruhi-mücərrəd kimi yerdən naşım,
O zaman yüksələrək ərşə dəyər bəlkə başım!
Dalğalan sən də şəfəqlər kimi, ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamısı halal!
Əbədiyyən sənə yoxdur, xalqıma yoxdur izmehlal!
Haqqıdır hür yaşamış bayrağımın hürriyyət,
Haqqıdır Haqqa tapan millətimin istiqlal!
Mən, əzəldən bəridir, hürr yaşadım - Günün şeiri

Oxşar xəbərlər

Burada da güllələyirlərmi gecə itləri?- Hikmət Orhunun yeni şeirləri
16:00
24 iyun 2025

Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli
14:12
23 iyun 2025

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə
13:16
23 iyun 2025

Sevgilimlə iki söz arasında... - Əli Kərim
11:22
23 iyun 2025

Xalqsız xalq şairləri - Günün şeiri
10:00
15 iyun 2025

"Sənə də son dəfə əlvida deyim..." - Nobel mükafatçısının şeirləri
11:22
14 iyun 2025