Anasını bağışlamayan, FTB əməkdaşlarının izlədiyi, intihar edən yazıçı Ernest Heminquey

Anasını bağışlamayan, FTB əməkdaşlarının izlədiyi, intihar edən yazıçı Ernest Heminquey
21 iyul 2023
# 17:00

Bu gün görkəmli ABŞ yazıçısı Ernest Heminqueyin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Nobel mükafatı laureatı amerikalı yazıçı Ernest Heminquey 1899-cu ildə Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində anadan olub.

Anası opera müğənnisi, atası isə həkim olub.

18 yaşında qəzetdə işləməyə başlayan Ernest gecələr gənclərin toplaşdığı tunellərdən reportajlar hazırlayırdı. Qatillərlə, narkotik alverçiləri ilə, oğrularla ünsiyyətdə olurdu. Sonralar Ernest həmin insanları, onların mimikalarını və psixoloji kimliklərini əsərlərinə köçürüb.

1918-ci ildə könüllü şəkildə hərbi xidmətə yollanır. İlk işi bombardman olunmuş silah-sursat zavodunun həyətini təmizləmək idi. Daha sonra Ernestə ön cəbhədəki səngərlərə ərzaq daşımaq tapşırığı verildi. Güllə yağışı altda, amma həvəslə, qətiyyətlə işinin öhdəsindən gəlirdi.

ملف:Ernest Hemingway in Milan 1918 retouched 3.jpg - ويكيبيديا

1918-ci ildə Ernest yaralanır: onun bədənindən 26 qəlpə çıxarılır. Möcüzə! O, sağ qalır!

Hadisədən sonra ona protez diz qapağı qoyulur.

Ernest 1921-ci ildə Hedli Riçardsonla evlənir və onlar Parisə köçürlər.

Hadley Richardson - Wikipedia

Onun qəribə Paris sevgisi vardı. Parisin küçələrini, kafelərini sevirdi. “Paris əbədidir” - deyirdi. Lakin 1930-cu ildə sevdiyi küçələrin birində avtoqəzaya düşür və 6 ay xəstəxanada yatır.

Heminqueyin ova böyük marağı vardı. Bu həvəs ona babasından keçmişdi.

Ernest Hemingway, lion hunter | MPR News

Yazıçı 1933-cü ildə, ovda ikən bərk xəstələnir. Getdikcə vəziyyəti pisləşən Ernesti təyyarə ilə hospitala aparırlar.
Uzun sürən müalicədən sonra sağalır.

1953-cü ildə “Qoca və dəniz” povesti Pulitser mükafatına layiq görülür.

Ernest Hemingway | NewsMuseum

Həmin il Afrikaya gedən Ernest bu dəfə təyyarə qəzasına düşür, ancaq sağ qalır.

Müharibədən sonra Kubaya köçür. Çox kədərli, keşməkeşli həyatı olan yazıçı qadınları sevsə də, onlara inanmırdı. Hətta doğma anasını atasının intiharında günahkarlandırdığı üçün onun dəfninə getməmişdi. (Atası 1928-də intihar edib)

1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa məcbur edir.

O, dəfələrlə ölümcül qəzalarla üzləşmiş, ancaq hər dəfə sağ qalmışdı.

Ernest Hemingway a 69 años del Pulitzer

Müharibə illəri, ağır həyat şərtləri, aldığı xəsarətlər, kəllə-beyin travmaları, həssaslığı, unikal müşahidə qabiliyyəti… Təbii ki, zamanla yazıçının mənəvi-psixoloji vəziyyəti çalxalanır.

Nəhayət, onda qəribə xəstəliklər, maniyalar yaranır. Paranoya, ağır depressiya…
Məsələn, yazıçı elə düşünürdü ki, hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları onu izləyir.
Müalicə məqsədli cərəyan seanslarından sonra o, yaddaşını və yazı qabiliyyətini itirdi.

Fikirlərini ifadə etməkdə əziyyət çəkən görkəmli yazıçı, özündən xilas olmaq üçün dəfələrlə intihara cəhd edib.

Shribman: Hemingway and Castro in Cuba | Columns | salemnews.com

Ernest Heminquey və Fidel Kastro

Hemingway's Suicide Gun – Garden & Gun

Heminquey ilk dəfə 1961-ci ildə intihara cəhd edib. Həyat yoldaşı həkimin köməkliyi ilə tüfəngi onun əlindən alıb.
Bu cəhddən əvvəl Ernest vəsiyyətnamə də yazıbmış. Onu xilas edən həyat yoldaşı vəsiyyətnaməsini də cırır.
Səhərsi Ernest təzədən intihara cəhd edir. Amma yenə də sağ qalır.

Ernest Hemingway House - Wikipedia

Ernest Heminqueyin evi

Evdə müalicə olunan yazıçı intihar cəhdləri, ağır depressiya səbəbilə iki aylıq müddətinə klinikaya göndərilir.

Ernest yenə FTB əməkdaşlarını “görür” və hamıya sübut etməyə çalışır ki, onu izləyirlər.

1961-ci il iyul ayının 2-də görkəmli yazıçı axır ki, özünü öldürməyə nail olur…

Ernest Hemingway Home and Museum in Key West Historic District - Tours and  Activities | Expedia

Ernest Heminqueyin ev muzeyi

“Qoca və dəniz” kimi mübariz ruhlu, “Əlvida, silah” kimi bənzərsiz nəsr nümunəsi və intihar…

Taleyin ironiyası…

# 2104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #