Yatan Allah - Yeni hekayə...

Yatan Allah - Yeni hekayə...
9 may 2023
# 16:30

Kulis.az Fərid Abuafın "yatan Allah" adlı yeni hekayəsini təqdim edir.

Nadir kişi sabah duranda Allah olmuşdu. Açığı, yuxusunda baş verən prosesi siz deyən qavraya bilməmişdi. Amma Allah olmuşdu. Nöqtə. Bunu birinci dəfə arvadına deyəndə arvad səsini atdı başına.
–Gəlin dədənizə yiyə çıxın, başına daş düşüb.

Arvad səhv salmırdı. İlk gün olsa belə, Allah olmaq yorucu bir iş olmuşdu. Kişi başını balışdan qaldıranda, alnındakı tərlər üzünə süzüldü.
Oğul və gəlin arvadın düşündüyü kimi əl-ayağa düşmədi. Qoca kişi idi də.

Oğul atasına göz vurdu.

“Şuluqluq eləmək istəyirsənsə, de bilək. Day Allah oldum nədir? Yəni deyirsən bu yaşda iş o dərəcəyə çatıb! Axaxa!

Kişi sataşmalara qulaq asmadı. Lakin yenə də sözünü dedi:

– Bax görərsiz. Laçını dığalardan bu gecə alıb qaytaracağam ata ocağına.”

– Ay bədbəxt sən hələ tumanını özün çək, sonra Laçını alarsan.”

Necə oldusa, evin gəlini qayınatasına inandı. Şəksiz ki, onun Allah olduğu ağlasığmaz idi, amma bu, o demək deyildi ki, ona görücülük verilməyib. Əri və qayınanası otaqdan çıxanda soruşdu;

– Əmi, necə alacaqsan Laçını?”

– Görüm də, qızım. Bax, elə bu gecə yuxumda balaca bir qızın anasını doğumdan xilas etdim. Qoymadım anası ölsün. Amma çox yoruldum. Bu gecə çalışacağam ki torpağımı alım. Bitab düşənəcən vuruşacağam.”

– Kimlə ay Əmi?”

Nadir kişi fikirli-fikirli başını salladı.

– Onların Allahı ilə.”
Gəlinin tükləri biz-biz oldu. Rəngi ağardı.
Kişi o gün həyatında yemədiyi yedi. Bol-bol su içdi.
Axşam saat altı tamam olmamış yerinə girdi və o gün, altmış səkkiz illik ömründə ilk dəfə xoruldayaraq yatdı. Xorultunun səsi evin divarlarına silkələyirdi. Elə bil kişi kiminləysə əlbəyaxa tutaşırdı. Arvad səsini başına atdı:

– Ay səni vurğun vursun, ay kişi! Nətər ki qulağımıza vurduğun kimi.”
Hamı yatanda kişinin səsi iniltiyə çevrildi. Sonra inilti yavaş-yavaş kəsildi.

Gəlin hələ yatmamışdı. Televizora baxırdı. Qəfildən qabağına bir xəbər çıxdı. Gözləri yaşardı. Sevinc necə boğdusa, körpə qız əllərini boğazına götürdü.
Yerindən atıldı.

“Ay maa! Laçın alındı! Laçın alındı! “

Əri tuman köynəkdə qaçdı televiziyanın qarşısına.

Qayınanası bərkdən gəlinin üzərinə qışqırdı:

– Get kişini oyat. De, durub gəlsin! Laçın cırıq köynəkdə qayıtdı!

Gəlin hoppana-hoppana qayınatasını oyatmağa getdi.

– Əmi, dur! Laçın alındı!

Gəlin qayınatasının başının əyri olduğunu görüb düzəltmək üçün əlini başının arxasına salıb qaldırdı. Kişinin sifətindən yaz yağışı kimi tər töküldü. Dörd saat sonra, üzündəki solğun gülümsəmə ilə dəfn edildi.

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

"Ölənlərin üzündəki o dinc ifadə..."  -  "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

"Ölənlərin üzündəki o dinc ifadə..." - "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

17:00 6 avqust 2026
"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

12:00 6 avqust 2026
Mağara - Kamal Abdullanın hekayəsi

Mağara - Kamal Abdullanın hekayəsi

10:00 6 avqust 2026
Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

10:50 5 avqust 2026
Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

10:00 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər