"Mən batana qədər üzmək niyyətində idim..." - Cozef Konraddan sitatlar

"Mən batana qədər üzmək niyyətində idim..." - Cozef Konraddan sitatlar
3 avqust 2026
# 12:00

Bu gün polyak əsilli İngiltərə yazıçısı Cozef Konradın anım günüdür.

Kulis.az onun əsərlərindən seçilmiş sitatları təqdim edir.

Qadın olmaq dəhşətli dərəcədə çətin peşədir, çünki bu, əsasən kişilərlə rəftar etməkdən ibarətdir.

***

Biz necə ki tək-tənha yuxu görürük, eləcə də tək-tənha yaşayırıq...

***

Zənnimcə, yalnız heç nə etməyənlər heç vaxt səhv etmirlər."

***

Qismətimə seçdiyim kabusa sadiq qalmaq yazılmışdı.

***

Nə istəyirlər düşünsünlər, amma mənim niyyətim özümü boğmaq deyildi. Mən batana qədər üzmək niyyətində idim - bu isə eyni şey demək deyil.

***

Mən işləməyi sevmirəm - heç bir insan sevmir, amma işin mahiyyətində olanı, yəni özünü tapmaq fürsətini sevirəm. Başqaları üçün yox, yalnız özün üçün olan şəxsi həqiqətini... Onu səndən başqa heç kim bilə bilməz. Başqaları yalnız zahiri tərəfi görür və bunun əslində nə demək olduğunu heç vaxt anlaya bilmir.

***

Həyata keçirməyə çalışdığım məqsədim yazılı sözün gücü ilə sizə duyurmaq, hissləri yaşatmaqdır; hər şeydən öncə isə görməyinizi təmin etməkdir.

***

Sizin gücünüz yalnız başqalarının zəifliyindən doğan bir təsadüfdür.

***

Şərin fövqəltəbii bir mənbədən gəldiyinə inanmağa ehtiyac yoxdur; insanlar təkbaşına da hər cür rəzalətə qadirdirlər.

***

Xeyr, bu imkansızdır; insanın ömrünün hər hansı bir dövrünə aid olan o yaşantı hissini - onun həqiqətini, mənasını, incə və dərin mahiyyətini təşkil edən şeyi başqasına çatdırmaq imkansızdır. Bu mümkün deyil. Biz necə ki tək-tənha yuxu görürük, eləcə də tək-tənha yaşayırıq.

Həyat nə qəribə şeydir - mənasız bir məqsəd uğrunda amansız məntiqin sirli bir nizamı... Ondan ümid edə biləcəyiniz ən böyük şey özünüz haqqında əldə edəcəyiniz bəzi biliklərdir ki, onlar da çox gec gəlir, arxasında sönməz peşmançılıqlar məhsulu qoyaraq.

***

Onunla üzləşmək, həmişə göz-gözə gəlmək - çıxış yolu budur. Üzləşin.

***

İnsan zəkası hər şeyə qadirdir.

***

O, özü ilə də mübarizə aparırdı. Mən bunu gördüm, bunu eşitdim. Heç bir sərhəd, inam və qorxu tanımayan, lakin buna baxmayaraq öz-özü ilə kor-koranə mübarizə aparan bir ruhun ağlasığmaz sirrini gördüm.

***

Lakin onun ruhu məcnun idi. Kimsəsiz səhrada tək qalaraq öz daxilinə boylanmışdı və and olsun göylərə ki, dəli olmuşdu.

***

Məsələ sağalmaqda deyil, necə yaşamaqdadır.

***

Bilirsiniz ki, mən yalandan zəhləm gedir, iyrənirəm və ona dözə bilmirəm; bu, digərlərindən daha dürüst olduğuma görə deyil, sadəcə yalan məni dəhşətə gətirdiyi üçündür. Yalanın tərkibində ölüm ləkəsi, fanilik dadı var — dünyada nifrət etdiyim, zəhləm gedən və unutmaq istədiyim də məhz budur.

***

Hətta ən kəskin kədər də nəhayətdə zorakılıq şəklində üzə çıxa bilər, lakin çox vaxt fərsizlik və laqeydlik formasını alır.

***

Mən ölümlə əlbəyaxa olmuşam. Bu, təsəvvür edə biləcəyiniz ən maraqsız mübarizədir. Bu döyüş gözəgörünməz bir bozluq içində, ayaq altında və ətrafda heç nə olmadan, tamaşaçısız, küy-kəlləsiz, şan-şöhrətsiz, nə böyük bir qələbə arzusu, nə də böyük bir məğlubiyyət qorxusu olmadan baş verir; ilıq bir şübhəçiliyin xəstəhal mühitində, ne öz haqlılığına, ne də rəqibinin haqlılığına böyük bir inam olmadan cərəyan edir.

***

Onlar mənim düşüncələrimə təcavüz edirdilər. Həyat haqqındakı bilikləri mənə qıcıqlandırıcı bir iddia kimi gələn dəvətsiz qonaqlar idilər, çünki bildiyim şeyləri onların bilməsinin qeyri-mümkün olduğuna tam əmin idim. Onların davranışı — tam təhlükəsizlik əminliyi ilə öz işləri ilə məşğul olan sıravi fərdlərin duruşu — anlaya bilmədiyi bir təhlükə qarşısında axmaqlığın həyasızcasına nümayiş olunması kimi məni təhqir edirdi. Onları maarifləndirmək kimi xüsusi bir həvəsim yox idi, lakin axmaq bir özündənrazılıqla dolu olan üzlərinə qarşı gülməkdən özümü çətinliklə saxlayırdım.

***

Bütün cansız əşyaların, insanın bütün yaradıcılıq nümunələrinin arasında kitablar bizə ən yaxın olanlarıdır; çünki onlar bizim düşüncələrimizi, iddialarımızı, qəzəbimizi, xəyallarımızı, həqiqətə sədaqətimizi və səhv etməyə olan inadkar meyilimizi özündə yaşadır. Lakin hər şeydən çox, onlar həyata olan dəyərli bağlılıqları ilə bizə bənzəyirlər.

***

İnsan zəkası hər şeyə qadirdir — çünki hər şey onun içindədir; həm bütün keçmiş, həm də gələcək.

***

Çox az insan dərk edir ki, onların həyatı, xarakterlərinin əsl mahiyyəti, bacarıqları və cəsarətləri yalnız ətraflarının təhlükəsizliyinə olan inamlarının bir təzahürüdür.

# 83 dəfə oxunub

Oxşar xəbərlər

Heyif - Aleksandr Soljenitsının hekayəsi

Heyif - Aleksandr Soljenitsının hekayəsi

11:30 3 avqust 2026
Kiçik qardaş - Mario Varqas Lyosanın hekayəsi

Kiçik qardaş - Mario Varqas Lyosanın hekayəsi

12:30 2 avqust 2026
"Sevilməkdənsə, sevəndə daha xoşbəxt oluram..."- "Magik realizmin latın kraliçası"ndan  sitatlar

"Sevilməkdənsə, sevəndə daha xoşbəxt oluram..."- "Magik realizmin latın kraliçası"ndan sitatlar

10:30 2 avqust 2026
"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar

"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar

15:00 1 avqust 2026
"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə

"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə

14:30 31 iyul 2026
Nəhəng - Fazil İsgəndərin hekayəsi

Nəhəng - Fazil İsgəndərin hekayəsi

13:30 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər