"Hüzn nə deyirsə desin, həyat gözəldir..." - Braziliyalı yazıçıdan sitatlar

"Hüzn nə deyirsə desin, həyat gözəldir..."  - Braziliyalı yazıçıdan sitatlar
21 iyun 2026
# 10:30

Bu gün braziliyalı yazıçı, publisist, filosof Maşadu di Asisin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ah mənim kor, cahil sevgilim, bizi dünyanın hakimi edən istedadımız məhz budur: Keçmişi yenidən qurmaq.

***

Biz zamanı öldürürük, zaman isə bizi dəfn edir.

***

Hər şeydən əl üzmüşdüm, ruhum sarsılmışdı. Deyəsən, hüznün o sərxoşedici, qoxusu çətin duyulan, sarı, tənhalıq dolu, iyrənc çiçəyi daxilimdə məhz o vaxt çiçəklənməyə başladı.

***

Paskal insanın düşünən bir qamış olduğunu deyib. Səhvdir... İnsan düşünən bir korreksiya xətasıdır. Həyatın hər dövrü bir əvvəlkinin səhvlərini düzəldən yeni bir nəşrdir və hər dövr özündən sonrakı tərəfindən düzəldiləcək; ta ki sonuncu, yekun nəşr çap olunana qədər.

***

O dövrdə əmim öldü; miras olaraq da arxasında iki əmioğlu qoydu. Onları banka pul aparırmış kimi qəbiristanlığa apardım.

***

Uzun fəsillər darıxdırıcı oxucular üçün daha münasibdir; lakin biz böyük vərəqli kitabların insanları arasında deyil, cib kitabları insanları arasında yaşayırıq. Onlar qısa mətnlərə, geniş kənar boşluqlarına, zərif şriftlərə, kənarları qızılı vərəqlərə və şəkillərə üstünlük verirlər. Xüsusilə də şəkillərə... Xeyr, bu fəsli daha çox uzatmayaq.

***

Zaman duyğuları korşaldır, hafizəni dumanlandırır. Şübhəsiz ki, illər tikanların itiliyini aparacaq, məsafələr gerçəkliyə əsaslanan sərhədləri qeyri-müəyyən edəcək, keçmişə dair şübhələrin kölgəsi reallığın çılpaqlığını örtəcək, cəmiyyət isə başqa qalmaqallarla məşğul olacaqdı...

***

İnsan yaşadığı anın xoşbəxtliyinə arxayın olmamalıdır; o anın içində həmişə bir damla acı var. İnsan yalnız zaman keçdikdən və gərginlik bitdikdən sonra yaşananların əsl dadını duya bilir; çünki bu iki illüziyadan ağrısız olanı daha yaxşıdır.

***

Gecə hər saat tamamında saatın zəngini eşitdim. Yata bilməyəndə rəqqasın vuruşları məni mütləq narahat edir; onun quru, qəmli və ağır çıqqıltıları hər vuruşunda sanki mənə yaşayacaq bir saniyəmin də azaldığını pıçıldayır.

***

Hər şeyi bu qədər ciddiyə aldığım üçün, yəqin ki, mənə güləcəksiniz..!

***

Hüzn nə deyirsə desin, həyat gözəldir.

***

Sən savaşacaqsan. Bəlkə onları əzib keçərsən, bəlkə də keçə bilməzsən; amma əsas olan sənin savaşmağındır. Həyat mübarizədir. Savaşmadan keçən bir ömür, universal orqanizmdəki ölü bir dənizdir.

***

Virciliya ruhumu dincəltdiyim yastığım idi; kənarları krujevalı, incə bəyaz kətandan üz çəkilmiş yumşaq, sərin, gözəl qoxulu bir yastıq. Bədbəxtlikdən, narahatlıqdan, hətta böyük səfalətdən qaçıb ona sığına bilirdim.

***

Mənə nələrsə vəd edən ilk insan sən deyilsən və əminəm ki, məni məyusluğa uğradan sonuncu insan da sən olmayacaqsan.

***

Getmə; onu öz problemi ilə tək burax, burax ki, eşqi seçsin...

***

Ancaq böyük ehtirasları olan insanlar böyük işlərə girişə bilərdilər.

# 2136 dəfə oxunub

Oxşar xəbərlər

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər