"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar

"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar
1 avqust 2026
# 15:00

Bu gün ABŞ yazıçısı, şair Herman Melvillin doğum günüdür.

Kulis.az onun məşhur "Mobi Dik" əsərindən müəyyən hissələri təqdim edir.

İmitasiyada uğur qazanmaqdansa, özünəməxsusluqda uğursuzluğa düçar olmaq daha yaxşıdır.

Qarşıdan nəyin gəldiyini tam bilmirəm, amma nə olursa-olsun, ona gülə-gülə doğru gedəcəyəm.”

Təbəssüm bütün qeyri-müəyyənliklərin seçilmiş ifadə vasitəsidir.

Biz yalnız özümüz üçün yaşaya bilmərik. Minlərlə lif bizi həmcinslərimizlə bağlayır; bu liflər həmdərd tellər kimi hərəkətlərimizi səbəbə çevirir və onlar bizə nəticə olaraq geri dönür.

Ora heç bir xəritədə yoxdur; çünki həqiqi məkanlar xəritələrdə göstərilmir.

Mənə gəldikdə, uzaq diyarlara qarşı bitməz-tükənməz bir həvəs məni narahat edir. Qadağan olunmuş dənizlərdə üzməyi və vəhşi sahillərə ayaq basmağı sevirəm.

Həyat dediyimiz bu qəribə və qarışıq məsələdə elə qəribə anlar və məqamlar olur ki, insan bütün kainatı böyük bir zarafat kimi qəbul edir. Hərçənd onun zarafatcıl tərəfini çətinliklə dərk edir və bu zarafatın özündən başqa heç kimin hesabına olmadığını getdikcə daha çox hiss edir.”

Hər şeyi sınayıram, bacardığımı əldə edirəm.

Cəhalət qorxunun valideynidir.

Elə bir müdriklik var ki, qəmdir; amma elə bir qəm də var ki, dəlilikdir. Və bəzi ruhlarda elə bir Katskill qartalı var ki, o, həm ən qaranlıq dərələrə enə, həm də oradan uçub çıxaraq günəşli səmalarda gözəgörünməz ola bilər. Və o, həmişə dərənin içində uçsa bile, o dərə dağlardadır; beləliklə, dağ qartalı ən aşağı süzüşündə belə, düzənlikdəki digər quşların ən yüksək uçuşundan daha yüksəkdədir.

İnsan elə bilir ki, çətin sözlər işlətməklə çətin şeyləri anlayır.

Mənə elə gəlir ki, biz bu Həyat və Ölüm məsələsini çox səhv anlamışıq. Mənə elə gəlir ki, onların burada, yer üzündə mənim kölgəm adlandırdıqları şey mənim həqiqi mahiyyətimdir. Mənə elə gəlir ki, mənəvi şeylərə baxarkən biz suyun altından günəşə baxan və o qatı suyu havanın ən duru halı zənn edən qabyuyanlara (ulidzalara) bənzəyirik. Mənə elə gəlir ki, bədənim daha yaxşı varlığımın yalnız tortasıdır. Əslində, bədənimi kim istəyir götürsün, deyirəm götürsün, o, mən deyiləm.

# 726 dəfə oxunub

Oxşar xəbərlər

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər