"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər
1 iyul 2026
# 16:00

Bu gün tanınmış alban romançı, şair, esseist, ssenarist və dramaturq, Buker mükafatı laureatı İsmail Kadarenin anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

"Yarımçıq aprel" :


Bu, sadəcə ağızdan-ağıza gəzən, lakin heç vaxt tamamilə həzm olunmayan bir ifadə idi.

***

Düzünü desəm, bu, onun fikrindən keçənləri ərinə tam olduğu kimi demədiyi nadir hallardan biri idi. Adətən, beyninə gələn hər bir fikri ona çatdırardı və əslində, əri də onun qəlbinə toxuna biləcək hər hansı bir sözünə heç vaxt inciməzdi. Çünki hər şey bir kənara, səmimiyyətin əvəzi məhz bu idi.

***

Bir albanın evi Tanrının və qonağındır. Görürsünüzmü, "Tanrının və qonağın". Deməli, ev sahibinin olmasından əvvəl, o ev qonağın evidir. Albanlarda qonaq, qan qohumluğundan da üstün olan ən ali etik kateqoriyanı təmsil edir. İnsan öz atasının və ya oğlunun qanını axıdanı bağışlaya bilər, lakin qonağının qanını tökəni əsla bağışlamaz.

***

Yolunu azdığına dair getdikcə artan şübhəsi ona əzab verirdi. Nəhayət, tamamilə əmin oldu ki, ona bəxş olunmuş bu bir ovuc günün sonuna qədər, apreli yarıda kəsiləcək bu bədbəxt, dalğın zəvvar kimi yanlış istiqamətdən başqa heç bir yerə gedib çıxa bilməyəcək.

***

Müxtəlif səbəblərdən dastanlar yurdu olan vətənlərini tərk etdiklərinə görə, kökündən qopardılmış ağaclar kimi devrilmişdilər; qəhrəmanlıq xarakterlərini və ruhlarına işləmiş fəzilətlərini itirmişdilər.

***

"Daşdakı salnamə"


Yeni bir körpü tikilərkən bir heyvan qurban verilməlidirsə, bütöv bir yeni dünya qurmaq üçün nə qurban vermək lazımdır?

***

Günlər ağır və yapışqan idi. Hamısı bir-birinin eynisi, biri digərinin təkrarı. Tezliklə onlar özlərinin sonuncu fərqləndirici əlamətlərini — adlarının qabığını da itirəcəkdilər: Bazar ertəsi, Çərşənbə axşamı, Cümə axşamı...

***

İnsanların aerodrom kimi gözəl bir şeyi necə sevmədiyini anlaya bilmirdim. Amma son vaxtlar tamamilə əmin olmuşdum ki, insanlar ümumiyyətlə çox darıxdırıcıdırlar. Onlar dolana bilməməkdən, borclarından, ərzaq qiymətlərindən və buna bənzər digər qayğılardan saatlarla şikayətlənməyi sevirlər, lakin daha parlaq və ya cəlbedici bir mövzu açılan kimi kar olurlar.

***

Qış şəhərə əvvəlkindən daha çox külək və yağış sovurdu. Buludlar hər tərəfə vurnuxur, göy gurultusunu, dolunu və yağışı boşaldırdı. Üfüq dumandan boğulmuşdu.

***

Bir ölkənin insanları onun təyyarələrindən daha yaxşı ola bilərmi?

***

Parıldayan musiqi alətləri, ağızları zanbaq kimi açıq vəziyyətdə fəğan edirdi.

***

"Röyalar sarayı":


Hər bir ehtiras və ya bəd niyyət, hər bir bəla və ya cinayət, hər bir üsyan və ya fəlakət — real həyatda özünü büruzə verməzdən çox-çox əvvəl mütləq öz kölgəsini qabaqcadan irəli salır.

***

Açıq gözlə gördüklərimizin təhrif olunmadığını və burada təsvir olunanların şeylərin əsl mahiyyəti olmadığını kim deyə bilər?” O, bir qapının önündə sürətini azaltdı. “Sən heç qocaların "həyat bir yuxudur" deyə ah çəkdiyini eşitməmisən?

***

"Kosovo üçün elegiya":

Dünyada işlər belə gətirir,” — şahzadələrdən birinin belə dediyi rəvayət olunur. — “Qan həyatda bir cür axır, nəğmələrdə isə başqa cür. Və insan heç vaxt hansı axının doğru olduğunu bilmir.

***

"Qala":

Tərəddüdlərdən yorulub, bəzən özünü mənasız xəyalların ağuşuna buraxırdı. Düşünürdü ki, sentyabrdan sonra oktyabr və noyabr yox, iyul və avqust gəlsəydi, nə gözəl olardı. Payız küləyinin qurumuş yarpaqları qarışdırdığı kimi, ayları və fəsilləri bir-birinə qata biləcək dəli bir külək arzulayırdı.

***

"Qəza" :


Belə məqamlarda o, olduqca gözəlləşirdi. O vaxta qədər siqaret tüstüsünü izləyən gözləri kədərlə parıldayırdı. Yanaqları da həmçinin. Həmin anlarda onun üzünə insanı qorxudan, yerə yıxan bir cazibə çökürdü. Yerə yıxan? Bu nə demək idi? Bunu necə izah edəcəyimi bilmirəm. Demək istədiyim odur ki, insanın belini bükən, belini qıran bir gözəllikdir, el misalı ilə desək. O da sanki ayılırdı. Başqa bir viski sifariş edirdi. Sonra gecə yarısından sonraya qədər öz dillərində danışmağa davam edirdilər — o vaxta qədər ki, ayağa durub yuxarı mərtəbəyə qalxırdılar...

Türkcədən hərfi tərcümə: Sevinc Mürvətqızı

# 90 dəfə oxunub

Oxşar xəbərlər

"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

13:40 1 iyul 2026
"İztirab çəkməmiş  ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

"İztirab çəkməmiş ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

11:00 1 iyul 2026
"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

12:10 30 iyun 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

16:00 29 iyun 2026
"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar

"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar

12:10 29 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər